Mingəçevir Dövlət Universitetində qiyabi təhsil forması üzrə online dərslərə start verilir

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində qiyabi təhsil forması üzrə online dərslərə start verilir

 

Mingəçevir Dövlət Universitetində (MDU) qiyabi şöbə üzrə 2019/2020-ci tədris ilinin yaz semestrinə 2020-ci ilin 11 may tarixindən start verilir. Bütün ixtisaslar və kurslar üzrə dərslər müvafiq tədris planları əsasında online formatda həyata keçiriləcək. Qiyabi şöbədə təhsil alan bütün tələbələrin “Microsoft Teams” platformasında qeydiyyatı təmin olunub.

Qiyabi şöbənin bütün qrupları üzrə dərs cədvəlləri MDU-nun rəsmi saytında və sosial şəbəkə səhifələrində yerləşdirilib. Cari ilin 25 may tarixinədək davam edən dərslər hər gün saat 18:00-da başlayır.

Qeyd edək ki, karantin dövrünün tələblərinə uyğun olaraq, MDU-da əyani şöbə üzrə dərslər cari ilin 17 mart tarixindən etibarən “ZOOM” platforması üzərindən və videodərslər vasitəsilə, eləcə də cari ilin 6 aprel tarixindən “Microsoft Teams” platforması üzərindən davam etdirilir.