Mingəçevir Dövlət Universitetində Mühəndislik fakültəsi Tələbə Elmi Cəmiyyətinin IX konfransı keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Mühəndislik fakültəsi

Tələbə Elmi Cəmiyyətinin IX konfransı keçirilib

 

Konfransı giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs edib. TEC-in məqsədindən danışan fakültə dekanı tələbələrin bilik və bacarıqlarını aşkar etmək, onları elmi-tədqiqat işinə yönəltmək, tələbələrdə faktları araşdırmaq, təhlil etmək, müqayisə aparmaq bacarıqlarını formalaşdırmaq olduğun vurğulayıb. Bildirib ki, bu baxımdan TEC-in konfransı mühüm əhəmiyyət kəsb edir.

Sonra Universitetin Elmi işlər üzrə prorektor əvəzi, prof. Veysəl Əyyubov konfrans iştirakçılarına rektor Şahin Bayramovun salamlarını çatdırıb, tələbələrin elmi-tədqiqat işlərinə maraqlarının artırılması məqsədilə bu kimi konfransların keçirilməsinin təqdirəlayiq olduğunu qeyd edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini və gənclərin inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar.

Sonra EE16 saylı qrupun tələbəsi Elsevər Cəfərli “Müasir dövrün alternativ enerji mənbələri” (elmi rəhbər: Səadət Şıxəliyeva); YN18 saylı qrupun tələbəsi Tünzalə Əlifova “Zərərli vərdişlərin sağlamlığa təsiri” (elmi rəhbər: Afina Allahverdiyeva); EM16 saylı qrupun tələbəsi Ümman Nəbiyeva “Çay süfrəsində fizika” (elmi rəhbər: dosent Təranə Yusifova); YN16 saylı qrupun tələbəsi Ələsgər Məmmədli “Çimərliklərdə bədbəxt hadisələrin azaldılması yolları” (elmi rəhbər: dosent Səbuhi Qəhrəmanov); İT17 saylı qrupun tələbəsi Xoşqədəm Məmmədli “İntellektual şəbəkə – ağıllı bina timsalında” (elmi rəhbər: Nərmin Əhmədova); İE17 saylı qrupun tələbəsi Lalə Həsənova “Energetikada aparılan islahatlar” (elmi rəhbər: dosent Mahir İsmayılov) mövzularında çıxış ediblər.

Sonda MDU TEC-in sədri Günəş Şəfaqətov çıxış edərək MDU-da təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi, tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün görülən lazımi tədbirlərin həyata keçirildiyin qeyd edərək bildirib ki, universitetdə elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti uğurla yerinə yetirir. Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır.

Məruzəçilərə konfrans iştirakçıları tərəfindən suallar ünvanlanıb. Onlarda öz tərəflərindən suallara ətraflı cavab verməklə tədqiqat işlərinə mükəmməl yanaşdıqlarını sübut ediblər. Məruzəçilər tədqiqat işlərini İKT-nin köməyi ilə konfrans iştirakçılarına təqdim edə və əyani vəsait kimi göstərə biliblər.  

{phocagallery view=category|categoryid=237|limitstart=0|limitcount=0}