Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

 

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan virtual görüşdə MDU tələbələri və onların valideynləri iştirak ediblər.

MDU-nun ilk online imtahan sessiyasında tələbələr üçün nəzərdə tutulmuş çoxsaylı güzəştlərlərdən bəhs edən Ş.Bayramov ilk dörd gün ərzində tələbələrin imtahanlarda aktiv iştirak etdiyini və bütün tələbələrin yalnız müvəffəq qiymət aldıqlarını diqqətə çatdırıb. Rektor MDU-nun “İmtahan könüllüsü” layihəsində fəal iştirak etməklə imtahanların təşkilində yaxından iştiraklarına görə könüllü tələbələrə təşəkkürünü bildirib.

Çıxış edən tələbələr informasiya texnologiyalarından istifadə əsasında həyata keçirilən online imtahanların təşkilindən və qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən razı qaldıqlarını bildiriblər. Görüşdə tələbələrin təklifləri dinlənilib və onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulub. İlk “Açıq qapı” günü 4 iyun tarixində keçirilib.

 {phocagallery view=category|categoryid=311|limitstart=0|limitcount=0}