Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı İnkişaf” adlı elmi jurnalı qeydiyyata alınıb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı İnkişaf” adlı elmi jurnalı qeydiyyata alınıb

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 7 dekabr 2020-ci il tarixli müvafiq qərarı ilə təsis edilmiş “Dayanıqlı İnkişaf” adlı elmi jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu, universitetin tarixində ilk müstəqil elmi jurnal hesab edilir.

İlkin mərhələdə jurnalın ildə dörd dəfə nəşr edilməsi nəzərdə tutulub. MDU-nun rektoru Şahin Bayramovun baş redaktorluğu ilə çap olunacaq multidisiplinar “Dayanıqlı İnkişaf” jurnalının redaksiya heyəti Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Ukrayna və Litvadan olan tanınmış alimlərdən ibarətdir. Elmi jurnalda azərbaycan, türk, ingilis və rus dillərində olan məqalələr dərc ediləcəkdir.

Jurnal müxtəlif elm sahələrini, o cümlədən iqtisadiyyat, mühəndislik və təhsil istiqamətlərini əhatə edəcəkdir. Jurnal MDU alimləri və gənc tədqiqatçıları tərəfindən həyata keçirilən elmi tədqiqatların nəticələrinin geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaqdır.

Qeyd edəki ki, MDU-da elmi fəaliyyətin davamlılığı, səmərəliliyi və nəticəyönümlülüyünün təmin edilməsi, bu məqsədlə mövcud imkanların genişləndirilməsi və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.