Mingəçevir Dövlət Universitetinin əməkdaşı “InCites platforması ilə iş” mövzusunda təlimdə iştirak edib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşı

“InCites platforması ilə iş” mövzusunda təlimdə iştirak edib

 

Azərbaycan Respublikasının Təhsi İnstitutunda “InCites platforması ilə iş” mövzusunda təlim keçirilib.

Təlimdə “Clarivate Analytics” şirkətinin Rusiya və MDB üzrə təhsil proqramları direktoru Valentin Bogorov ali təhsil müəssisələrinin elmi aktivliyi və tədqiqat nəticələrinin izlənilməsi və müqayisə edilməsi, effektiv elmi əməkdaşlıq layihələrinin müəyyən olunması, strateji əməkdaşlıqların inkişaf etdirilməsi və s. ilə bağlı yuxarıda qeyd olunmuş platformanın yaratdığı imkanlar barədə ətraflı məlumat verib.

         Təlimdə Təhsil İnstitutunun və ali təhsil müəssisələrinin əməkdaşları ilə birlikdə Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının dosenti Vüqar Mustafayev də iştirak edib.

{phocagallery view=category|categoryid=322|limitstart=0|limitcount=0}