Mingəçevir Dövlət Universitetinin əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları

beynəlxalq seminarda iştirak ediblər

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunda ali təhsil müəssisələrinin elm şöbəsi, kitabxana, elmi nəşrlər və digər sahələrinin əməkdaşları üçün “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində “Open Access” mövzusunda seminar keçirilib.

Avstriyalı beynəlxalq ekspert Daniel Spichtinger tərəfindən aparılan seminarda “Open Access”-in mahiyyəti və istifadə metodları, “Open Access” sisteminin qurulması və Azərbaycanda bu sahədə görülən tədbirlər barədə ətraflı məlumat verilib və müzakirələr aparılıb.

Tədbir Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.

       Qeyd edək ki, seminarda Mingəçevir Dövlət Universitetini İnformasiya Texnologiyaları Mərkəzinin proqramçısı Elçin Tağıyev və Kitabxana müdiri Günel Baxşiyeva təmsil ediblər.

{phocagallery view=category|categoryid=305|limitstart=0|limitcount=0}