Mingəçevir Dövlət Universitetinin əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

 

ABŞ-ın Azərbaycandakı Səfirliyi Xəzər Universiteti ilə birlikdə ali təhsil müəssisələrinin (ATM) beynəlmiləlləşməsi kontekstində təhsil mütəxəssisləri üçün “Səmərəli və Dayanıqlı Tərəfdaşlıq vasitəsilə Ali Təhsil Bacarıqlarının artırılması” mövzusunda iki günlük təlim keçirib.

Təlim Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun dosenti, beynəlxalq təhsil sahəsində 20 ildən çox təcrübəsi olan doktor Deivid Uik tərəfindən aparılmış və Buzovna qəsəbəsində yerləşən Xəzər İnci Otelində təşkil olunmuşdur.

ATM-lərin beynəlmiləlləşməsinin ölkəmizin təhsil sahəsində əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən hər ATM-in 1 və ya 2 nümayəndəsi iştirak edib.

Bakı şəhərində yerləşən ATM-lərdən, eləcə də Gəncə və Mingəçevir Dövlət Universitetlərindən olan iştirakçılar təlimdə xüsusi fəallıq göstərmişlər.

Mingəçevir Dövlət Universitetini təlimdə filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mayıl İsmayılov və baş müəllim Kərim Əliyev təmsil etmişdir.

Təlimin yekunu olaraq fəal iştirak edən nümayəndələrə sertifikat təqdim edilib.

{phocagallery view=category|categoryid=273|limitstart=0|limitcount=0}