Mingəçevir Dövlət Universitetinin rektoru Azərbaycan Radiosuna müsahibə verib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin rektoru Azərbaycan Radiosuna müsahibə verib

2020-ci ilin 8 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Radiosunun dəvəti ilə həmin radionun səhər efirinə qoşulub. Ş.Bayramov karantin dövründə MDU-da tədris prosesinin təşkili, tələbə və müəllimlər arasında gündəlik kommunikasiyanın təmin edilməsi və digər məsələlərə dair sualları cavablandırıb.

Ş.Bayramov mövcud şəraitdə MDU-da tədris prosesinin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əsasında məsafədən təşkil edildiyini bildirib. Bu istiqamətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq dəstəyindən faydalandıqlarını qeyd edən Ş.Bayramov hazırda universitetdə dərslərin “ZOOM” və “Microsoft Teams” platformaları, eləcə də “Videodərslər” metodu vasitəsilə online və offline rejimdə keçirilməsinə dair məlumat verib.

Rektor ənənəvi distant təhsil sahəsində beynəlxalq təcrübə və qlobal pandemiya ilə mübarizə şəraitində distant təhsilin tətbiqi xüsusiyyətləri barədə də danışıb.

Ş.Bayramov şəhər rəhbərliyi tərəfindən Mingəçevir şəhərində koronavirusla mübarizə sahəsində həyata keçirilən maarifləndirmə və dezinfeksiya tədbirləri haqqında da məlumat verib.

P.S. Müsahibə vaxtı verilişin aparıcısı Azərbaycan Radiosuna müraciət etmiş Mingəçevir şəhərindən olan aztəminatlı bir ailə barədə məlumat verib. Efir bitdikdən dərhal sonra MDU-nun müvafiq əməkdaşları həmin ailəyə zəruri ərzaq məhsullarından ibarət sovqat çatdırıblar. Dövlət tərəfindən veriləcək sosial dəstək üçün müvafiq müraciət etməsində ailəyə kömək göstəriləcək.