Mingəçevir Dövlət Universitetində Sosial Media Könüllüləri Komandasına qoşulmaq fürsəti!

Mingəçevir Dövlət Universitetində tələbələrdən ibarət və yeni yaradılan Sosial Media Könüllüləri komandası üçün müraciətlərin qəbulu başlayır!

Universitetin sosial media fəaliyyətinin daha operativ, yaradıcı və peşəkar şəkildə təşkili məqsədilə yaradılan bu komanda tələbələrin media bacarıqlarının inkişafına, eyni zamanda MDU-nun rəqəmsal imicinin gücləndirilməsinə xidmət edəcəkdir.

Komandanın məqsədi nədir?

Sosial Media Könüllüləri komandası universitetin fəaliyyətinin sosial mediada düzgün və effektiv şəkildə təqdim olunması, tədbirlərin geniş auditoriyaya çatdırılması və universitet brendinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək .

Kimlər müraciət edə bilər?

Komandaya üzvlər Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsində təhsil alan tələbələr arasından seçiləcəkdir.

Aşağıdakı istiqamətlər üzrə könüllülər axtarılır:

  • Sosial media meneceri
  • Kontent meneceri
  • Mobiloqraf (video çəkiliş və montaj)
  • Fotoqraf
  • Qrafik dizayner
  • Kopirayter (mətn yazarlığı)
  • Tərcüməçi (ingilis dili üzrə)

Sizi nə gözləyir?

  • Real media mühitində praktik təcrübə
  • Universitet tədbirlərində aktiv iştirak
  • Sosial media və kontent istehsalı üzrə bacarıqların inkişafı
  • Komanda işi və şəbəkələşmə imkanı
  • Təlimlər, seminarlar və inkişaf imkanları

Komandaya qoşulmaq istəyən tələbələr aşağıdakı link vasitəsilə müraciət formasını doldurmalıdırlar: https://forms.gle/n2rbnJXeVMD44LPf6

Son müraciət tarixi: 07 may 2026