Mingəçevir Dövlət Universitetinin tələbələri “Student Solar Lamp Workshop” layihəsində uğurla iştirak ediblər

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin tələbələri

“Student Solar Lamp Workshop” layihəsində uğurla iştirak ediblər

 

Mingəçevir Gənclər Mərkəzində Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Student Solar Lamp Workshop” layihəsi baş tutdu. Bakı, Gəncə və Mingəçevir şəhərlərində keçirilən layihədə ümumilikdə 50 nəfər gənc iştirak edərək günəş enerjisi ilə işləyən lampalar hazırlayaraq öz bacarıqlarını sərgiləyiblər.

Layihə gənclərin bərpa olunan enerji mənbələrinə diqqətini artırmaq və onların bu sahədə təcrübə mübadiləsini həyata keçirmək məqsədilə təşkil olunub.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin dekan müavini, tex.f.d., dosent Səbuhi Qəhrəmanovun rəhbərliyi ilə “Elektroenergetika mühəndisliyi” və “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri yaxından iştirak ediblər. Tələbələr verilən detalların yığılması ilə günəş batareyalarından istifadə etməklə, təbii şəkildə işıqlandırma qurğusunu tez bir zamanda qurlaşdırılmasını həyata keçiriblər. Şərtə əsasən tələbələr təqdim ediləcək videoçarxa baxdıqdan sonra prosesi yerinə yetirməli idilər. Lakin tələbələrin dosent S.Qəhrəmanovun dəstəyi ilə qoyulan vaxtdan daha tez olaraq tapşırığı yerinə yetiriblər.

{phocagallery view=category|categoryid=255|limitstart=0|limitcount=0}