Mingəçevir Dövlət Universitetinin əməkdaşları Erasmus+ EQAC layihəsi üzrə Vilnüsdə təlimdə

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları

Erasmus+ EQAC layihəsi üzrə Vilnüsdə təlimdə

 

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Litva Respublikasının paytaxtı Vilnüs şəhərində SMK Universitetində Erasmus+ EQAC layihəsi çərçivəsində növbəti təlimdə iştirak ediblər. Təlimlərin əsas məqsədi universitetlərdə yaradılmış onlayn portal sistemlərin fəaliyyətinin qiymətləndirilməsini aparmaq, universitetin akademik və administrativ heyət arasında istifadəsini təmin etmək olmuşdur. Təlim ərzində SMK Universitetininin təlimçisi İnqa Petrikiene iştirakçılara Tələbə yönümlü təhsilin mahiyyətini praktiki şəkildə tədris edib. Həmçinin, keyfiyyət təminatı, keyfiyyət sistemi, onun universitetdə tətbiqi barədə də məlumat verib.

        EKT təşkilatının təlimçiləri Alvidas Punis və Laura Senkeviciute QPR Graphics Design və QPR Metrics proqram təminatları barədə müzakirələr aparıblar. Təlimlərdə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin təmsilçiləri verilən tapşırıqları aktiv şəkildə yerinə yetirmiş və təqdimatlarını nümayiş etdirmişlər. Mingəçevir Dövlət Universitetini təlimlərdə Beynəlxalq əlaqələr sektorunun müdiri, layihə meneceri Samirə Əhmədova, layihə üzvləri Üzeyir Zeynalov və Lamiyə İbrahimova təmsil ediblər.

{phocagallery view=category|categoryid=256|limitstart=0|limitcount=0}