Mingəçevirin 70 illik yubileyi MDU-da silsilə tədbirlərlə yadda qalıb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevirin 70 illik yubileyi MDU-da silsilə tədbirlərlə yadda qalıb

70 il əvvəl ölkəmizin hər yerindən gənclər komsomol çağırışı ilə nur şəhərinin tikintisinə axışırdılar, onların çoxu elə bu şəhərin ilk sakinləri oldular, ailə qurub ev sahibi oldular, respublikamızın tərəqqisinə töhfə verdilər, bu cavan şəhəri Azərbaycanın dördüncü sənaye-istehsal mərkəzinə çevirdilər.

1991-ci ildə bu sənaye şəhərində yeni bir təhsil ocağı, ilk ali məktəb, Mingəçevir Politexnik İnstitutu yaradıldı.

Məhz zamanın tələb etdiyi sürətli inkişaf tempinə uyğun islahatlar aparmaq yeni dövrün əsas çağırışlarıdır. Respublikamızın son illərdə böyük iqtisadi yüksəlişə nail olduğunu nəzərə alsaq, o zaman elm sahələrinin inkişafının da iqtisadi təkamül səviyyəsinə uyğunlaşdırılması zərurəti danılmazdır. Məlumdur ki, respublikamızın iqtisadi gəlirlərinin əsasını neft-qaz ixracından əldə olunan gəlirlər təşkil edir. Hazırda qarşıda duran əsas məqsədlərdən biri neft kapitalını insan kapitalına çevirməkdir. Bu isə başlıca olaraq, ölkədə yüksək ixtisaslı elmi və peşəkar kadrların hazırlanması ilə mümkündür.

24 illik fəaliyyəti dövründə Mingəçevir Politexnik İnstitutu yuxarıda qeyd olunanlara əsasən nail olmuşdur. Məhz bu baxımdan Azərbaycanın dördüncü şəhəri olan Mingəçevirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 24 iyul 2015-ci il tarixli, 1335№-li Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.

Onun yaradılmasında məqsəd regionda birinci olaraq innovasiya texnologiyalarından maksimum yararlanaraq regionun ehtiyaclarına uyğun kadr hazırlığının universallığını təmin edən, eyni zamanda yeni ixtisaslar üzrə kadrlara tələbatın ödənilməsi missiyasını şərəflə yerinə yetirən ali təhsil müəssisəsi formalaşdırmaq, Mingəçevir Politexnik İnstitutunda toplanmış müsbət təcrübə və ənənələri inkişaf etdirərək intelektul kapitalı gücləndirmək, ən təkmil və müasir tədris metodları və inkişaf strategiyalarını tətbiq edərək fəaliyyət sistemini təkmilləşdirməklə elm, təhsil və tərbiyə sahəsində yüksək mövqeyə nail olmaqdır.

Mingəçevir Dövlət Universiteti sələfi ilə birgə bu şəhərin 70 illik tarixinin səhifəsində müəyyən bir rol oynamışdır. Bu məqsədlə şəhərin 70 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetində silsilə tədbirlər keçirilib. İlk olaraq tələbələr əsas binanın ərazisində təmizlik işlərilə məşğul olublar. Pedaqoji fakültənin tələbələri şəhərin ən böyük istehsal müəssiəsi olan Azərbaycan İES MMC və Mingəçevir Tarix Muzeyinə ekskursiya ediblər.

Fakültə dekanı, dosent Nizami Zeynalovun, Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin və akademik məsləhətçi Şəbnəm İslamovanın müşayəti ilə Azərbaycan İES MMC-də tələbələrə Mərkəzi İdarəetmə Şitinin növbə rəisi, mühəndis Müğdət Babaşov stansiyanın işilə yaxından tanış edib. İdarəetmə punktunun fəaliyyətini, enerji bloklarında gedən prosesləri tələbələrə izah edib.

1 saylı Qazan-Turbin Sexinin növbə rəisi Ramiz Novruzov enerjinin istehsal prosesi, avadanlıqların iş prinsipi barədə tələbələrə ətraflı məlumat verib.

Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev 10 ildən artıq bir müddətdə işlədiyi Azərbaycan İES MMC müəssisəsinin fəaliyyətilə bağlı tələbələrə məlumat verib.

Xatirə şəkilləri çəkilib.

Sonra tələbələr Mingəçevir Tarix Muzeyinə ekskursiya ediblər. Muzeyi Pedaqoji fakültənin tələbələri ilə yanaşı Mühəndislik fakültəsinin müəllimləri İlham Məmmədovun və Hökümə Əsgərovanın müşayəti ilə tələbələr də ziyarət ediblər. Muzeyin direktoru Nofər Məmmədəliyev tələbələri salamlayaraq Muzeyə baxışüçün dəvət etdi. Muzeyin aparıcı təlimatçısı tələbələrə muzeydəki eksponatlar barədə ətraflı məlumat verdi.

Xatirə şəkilləri çəkildi.

İqtisadiyyat fakültəsinin tələbələri əvvəlcə “Mingəçevir 70” foto güşəyə baxış keçirib, sonra TO18 saylı qrupun tələbəsi Xədicə Qasımovanın əl işləri ilə tanış olublar. Daha sonra Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin müəllifi olduğu “Mingəçevir” adlı sənədli filmə baxış keçiriblər.

{phocagallery view=category|categoryid=67|limitstart=0|limitcount=0}