Rektor Şahin Bayramovun tədris ilinin başlanması ilə əlaqədar təbriki!

  • Рубрика записиXəbərlər (AZ)

Rektor Şahin Bayramovun tədris ilinin başlanması ilə əlaqədar təbriki!

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr və magistrantlar!

2021/2022-ci tədris ilin başlaması münasibətilə Sizi ürəkdən təbrik edir, tədris və elmi fəaliyyətdə uğurlar arzulayıram!

Qürurverici haldır ki, Tarixi Zəfərin qazanılmasından və ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra ilk tədris ilinə start veririk!

Bu qüruru bizə bəxş edən ŞƏHİDlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm!

Müzəffər Ali Baş Komandanımızla fəxr edirik!

Sevindirici haldır ki, bu gün uzun fasilədən sonra Sizi doğma universitetimizin auditoriyalarında salamlamaq imkanı qazandıq!

Hər birinizi tədris prosesində fəal olmağa, COVID-19 infeksiyasının hələ də aramızda olduğunu unutmamağa, peyvəndlənməni başa çatdırmağa, tibbi maskadan istifadə etməyə, sosial məsafə saxlamağa və səşxi gigiyena qaydalarına riayət etməyə çağırıram!

Mövcud reallıqlar nəzərə alınmaqla müəyyən edilmiş müvafiq qaydalara riayət edək, özümüzü, həmkarlarımızı, tələbə dostlarımızı və ailə üzvlərimizi qoruyaq!

Bir daha, yeni tədris ilində hər birinizə yeni-yeni uğurlar arzulayıram!