Regionun inkişafına xidmət edən əməkdaşlıq

  • Рубрика записиXəbərlər (AZ)

Regionun inkişafına xidmət edən əməkdaşlıq

 

Bildiyimiz kimi 2021-ci il may ayının 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfrans keçirmiş və dövlətimizin başçısı İlham Əliyevin həmim tədbidə çıxış etmişdir. Çıxışı zamanı Prezidentimiz bildirib ki, “Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivlər iqlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu”. “Regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur”. Təbii ki, 30 ildən sonra işğaldan, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycanda son 17 ildə həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramları bunu deməyə əsas verir.

Ötən il tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanmşdır. 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş, ilk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Cənub Qaz Dəhlizi layihəsini həyata keçirəndə bütün əsas beynəlxalq maliyyə institutları Azərbaycanın tərəfdaşları olub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı.

Erməni millətçiləri yurdumuzun Qarabağ bölgəsində və ətraf rayonlardakı ərazilərimizi işğal altlnda saxladıqları illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün aparılan sülh danışıqları heç bir bəhrə vermədiyi üçün dövlətimiz son anda hərbi yola üstünlük verərək 2020-ci ildə əsrin qələbəsini qazandı. Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olsalar da müsbət dəyişiklik yox idi.

Düşmən öz məkrli planlarını davam etdirird. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə formalaşan və bazası genişlənən Milli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 gün ərzində böyük fədakarlıq nümunəsi göstərərk düşməni yerində oturtdular, qalib dövlət kimi dünyaya Azərbaycanın qüdrətini göstərdilər. Azərbaycan dünyanın bir çox dövlətləri ilə iqtisadi əməkdaşlıq edir. Həyata keçirilən əməkdaşlıqlar, reallaşan kontrakların icrası zamanı dövlətimiz öz imkanlarını göstərib. Azərbaycan fəal ticarət tərəfdaşıdır. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi. Bundan başqa ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Əməkdaşlıq sahələrimizə müasir texnologiyalar və ticarət daxildir.

   Prezidentimiz çıxışı zamanı bildirib ki, Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” məsələsində Azərbaycan öz ev tapşırığını yerinə yetirib. Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirdik və əlaqələrimizi gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa etdik. Yükaşırma qabiliyyəti artırıldıqda bu liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir. Azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədənşirkətlər sırasında Çin şirkəti də var. Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır. Hesab edirik ki, enerji sektorumuzda Çin şirkətləri daha da geniş təmsil oluna bilər. Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümid edilir ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq. Avropa İttifaqı hər zaman Azərbaycanın yaxşı tərəfdaşı olub. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır.

Bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Magistral yolların inşası prosesi başlanıb. Azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Bir milyondan çox insan üçün yaşayış evləri tikilməli və infrastruktur yaradılmalıdır.

30 illik işğal səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistanın müstəqilliyi qazandığı zaman ilə müqayisədə vəziyyəti daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Lakin ədalət bərpa olundu, erməni millətçiləri bizim torpaqlarımızı tərk elədilər, məğlubiyyətlərini etiraf elədilər.

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə Ermənistanın işğalçı siyasətinə son qoydu. Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub. Bu gün fikirləri çaşdırmağa çalışan qüvvələr təbii ki, Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Lakin qüdrətli Azərbaycan Ordusu 200 ildən sonra xalqımıza böyük sevinc duyğularını yaşatmaqla illərin həsrətinə son qoydu, ermənilərin isə zavallı və zəif bir millət olduğu üzə çıxdı. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb.

Müharibə bitdikdən sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistanın məkrli hərəkətlərindən daha dəhşətlisi də o olub ki, onlar bir gün Azərbaycan xalqının yurd yerlərini azad edəcəyini bilib və həmin yerlərə minlərlə minalar basdırıb. Bəli, düşmənin növbəti insanlığa sığmayan cinayəti günahsız insanların həyatını itirməsinə, yaralanmasına səbəb olub. Və onlar minaların xəritəsini verməkdən imtina edir. Minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Əraziləri bərpa işləri aparılmalıdır, minalar təmizlənmədən isə bu, mümkün deyil;

İşğaldan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı yox, sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayıblar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar – işğal altındakı torpaqlarda 60-dan çox məscid dağıdılıb.

Prezidentimiz həmçinin deyib ki, biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır.

Bəli, 30 il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, Azərbaycan dəfələrlə bəyan edib ki, səhifə çevrilsin və yeni fəsil başlasın, keçmiş haqqında yox, gələcək haqqında danışılsın. Ermənistan həmişə hesab edib ki, onların diasporu var İkinci Qarabağ müharibəsinin nəticəsinə baxsaq, görərik ki, onların alçaldıcı məğlubiyyətinə səbəb olan əsas amillərindən biri də onların diasporu idi.

İşğaldan azad edilmiş ərazilərdə – Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmaq planlaşdırılır. Su anbarı işğal dövründə artıq İran tərəfindən tikilib. İndi biz birlikdə 240 meqavat gücündə su elektrik stansiyası tikmək barədə düşünülür. İnvestisiyalar 100 faiz şirkətlər tərəfindən qoyulacaq və indi Azərbaycan artıq Qarabağ üçün baş planın, “yaşıl enerji” zonasının icrası mərhələsindədir. Qalib Azərbaycan dövləti bundan sonra da iqtisadi gücünü artıqmaqla xalqın həyat tərzinin yaxşılaşmasına imkan yaradacaqdır.

 

Flora Namazova,

Filologiya üzrə fəlsəfə doktoru