Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Mingəçevirdə silsilə tədbirlər keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə

Mingəçevirdə silsilə tədbirlər keçirilib

Mingəçevir şəhərində Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısında mərasim keçirilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyəti aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, təhsil, səhiyyə və mədəniyyət şöbələrinin, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuşıar.

Öz növbəsində Mingəçevir Dövlət Universitetinin kollektivi də rektor Akif Hacıyevin rəhbərliyi ilə mərasimə qatılmışlar. Fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti abidə önünə güldəstələri qoyaraq Ulu öndər Heydər Əliyevə ehtiramlarını bildirmişlər.

Mingəçevirdə silsilə tədbirlər sırasına Kür sahilində ali, orta və ümumtəhsil müəssisələrinin müxtəlif səpkili sərgiləri keçirilmişdir. Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm kollecinin, Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü və Texniki Humanitar liseylərin, ümumtəhsil məktəblərin, mədəniyyət müəssisələrinin, Uşaq Gənclər və İnkişaf Mərkəzinin kollektivinin təqdim etdiyi sərgilər rəngarəng idi.

Mingəçevir Dövlət Universiteti üstünlüyü daha çox professor-müəllim heyətinin elmi-tədqiqat işlərini, dərslik, dərs vəsaiti, metodik vəsaitlərini, beynəlxalq və respublika konfranslarında nəşr etdirdikləri elmi məqalə, tezisləri nümayiş etdiriblər. Tələbələrin respublika və regional tədbirlərdə: idman sahəsində, intelektual oyunlarda, debat yarışlarında əldə etdikləri uğurlara üstünlük vermişdilər.

Şəhər ictimaiyyətin nümayəndələri ilə birgə tədbirə gələn Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təşkil edilən sərgilərlə yaxından tanış olublar.

{phocagallery view=category|categoryid=149|limitstart=0|limitcount=0}