Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və böyük ehtiramla anılıb

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyəti üzvləri Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dahi şəxsiyyətin Mingəçevir şəhərində ucaldılan abidəsini ziyarət edib.

Abidənin önünə gül dəstələri düzülüb, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi dərin hörmət və böyük ehtiramla anılıb.

Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.