MDU və “Veysəloğlu” şirkətlər qrupu kadrların hazırlanmasında birgə əməkdaşlıq edir

  • Рубрика записиXəbərlər (AZ)

 

   

 

MDU və “Veysəloğlu” şirkətlər qrupu

kadrların hazırlanmasında birgə əməkdaşlıq edir

 

10 aprel 2019-cu tarixdə Mingəçevir Dövlət Universitetinin Karyera Mərkzənin təşkilati dəstəyi ilə “Veysəloğlu” şirkətinin Mingəçevir bölməsinin əməkdaşlarının MDU-nun tələbələri ilə görüşü keçirilmişdir. Görüşün əsas məqsədi tələbələrə karyera planlaşdırma fikrini aşılamaq və karyeralarını inkişaf etdirilmələrinə köməklik göstərmək, məzunların işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlıq qurmaq, tələbələrin ixtisasları üzrə dövlət və özəl müəssisələrdə iş tapmalarına köməklik göstərmək və iş dünyası ilə yaxından tanış olmaqdan ibarət idi.

Tədbiri giriş sözü ilə açan Karyera Mərkəzinin direktoru Üzeyir Zeynalov qonaqları universitet rəhbərliyi adından salamladı və bildiridi ki, hər bir universitetin qarşısında duran əsas məqsəd məzunlarının əmək bazarında öz ixtisası üzrə iş tapması və uğurlu karyera qurmasıdır. Tədris prosesində maraqlı tərəflərdən biri olan işəgötürənlərlə işgüzar əlaqələrin qurulması bu məqsədin həyata keçirilməsində mühüm vasitələrdən biridir.

“Veysəloğlu” şirkətlər qrupunun təlim mütəxəssisi Elnur Şirinov şirkət haqqında geniş məlumat verərək bildirdi ki, əlverişli biznes şəraitinin olduğu və sosial-iqtisadi inkişafın vüsət aldığı bir dönəmdə özəl sektorun yaranması ölkə iqtisadiyyatına öz müsbət töhvəsini verməkdədir. 1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış və distribüter şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. Düzgün hədəf, düzgün seçim, düzgün qərar və birgə iş bu şirkəti uğurdan uğura aparırdı. Mehriban kollektiv və məsuliyyətli yanaşma qarşıya qoyulmuş hədəfləri dəf etməyə yardımçı olurdu. İldən-ilə inkişaf edən, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi quran “Veysəloğlu” satış və distribüter şirkəti, hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib. Şirkətimizin Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir filialı fəaliyyət göstərməkdədir. Mərkəzdən uzaqda yerləşsələr də, hər iki filial dövrün tələblərinə uyğun ən son texnoloji vasitələrlə təchiz olunub. Şirkətin ölkə ərazisindəki bölmələrindən başqa 20 xarici ölkədə nümayəndəlikləri də vardır.

Şirkətin İnsan Resursları şöbəsinin mütəxəssisi Emil Quliyev bildirdi ki, universitetlər bizim uğurumuzun beşiyidir. Məhz bu səbəbdən tələbələrin universitetlərdən qazandıqları nəzəri biliklərlə yanaşı, onların iş həyatında praktiki vərdişlər qazanmaları, iş ortamının gerçəklərinə uyğun yetişmələri üçün şirkətimiz universitelərlə daim qarşılıqlı əlaqələr içərisində fəaliyyət göstərib. Bu əməkdaşlıqdan həm şirkətimiz, həm universitetlər, həm də tələbələr faydalanıb. Bu əməkdaşlıq həm VİA proqramı vasitəsi ilə, həm də tələbələrin daha qısa spesifik sahələr üzrə təcrübə əldə etmələri şəklində reallaşır. Biz inkişafın yeniliklərdən qaynaqlandığına inanırıq. Keçmişimiz və dəyərlərimizə sadiq qalaraq gələcəyimizə inamla addımlayırıq. Sizin kimi gənc istedadların komandamızın gücünə güc qatacağına inanırıq. Məhz buna görə biz düşünürük ki, sizin gələcəyiniz, bizim dəyərimizdir.

Emil Quliyev bildirdi ki, “Veysəloğlu” satış və distribüter şirkətinə işə qəbul olunmaq üçün iki cür müraciət edə bilərsiz:

1. Birbaşa müraciət: Siz hər həftənin müəyyən olunmuş günündə ofisimizə yaxınlaşıb ilkin görüş mərhələsinə qatılmaq üçün sıra nömrəsini əməkdaşlarımızdan əldə edə bilərsiniz.

2. Elektron müraciət: Əgər siz olduğunuz yerdən işə müraciət etmək istəyirsinizsə, o zaman bizə həm sosial şəbəkələrdəki ünvanlarımızdan, həm saytımızdan, həm də email adresimizə öz CV-nizi göndərməklə müraciət edə bilərsiniz.

Şirkətin İnsan Resursları mütəxəssisi Taleh İbrahimov qeyd edib ki, şirkətimizin əsas məqsədi daimi və davamlı inkişafı təmin etməkdir. Buna görə də hədəflərimizə nail olmaq üçün enerjili və potensiallı kadrları komandamıza cəlb etmək, onları peşə təlimləri ilə inkişaf etdirmək, şirkət mühitimizə uyğunlaşdırmaq insan resursları siyasətimizin başlıca istiqamətidir.

T.İbrahimov bildirib ki, fərqli və yeni düşüncə tərzinə sahib, təşəbbüskar və məsuliyyəti üzərinə götürən əməkdaşlarla daha sabit bir inkişafa nail olacağımızı düşünürük. Yenilikçilik və ədalət dəyərlərimizə sadiq qalaraq uyğun namizədləri, uyğun zamanda şirkətimizdə müvafiq uyğun vakansiyalara dəyərləndirmək işə qəbul siyasətimizin prioritet istiqamətidir. Namizədlərin cəlbi prosesində dəyərlərimizə və şirkət prinsiplərimizə uyğunluq ən əsas meyar rolunu oynayır.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

{phocagallery view=category|categoryid=135|limitstart=0|limitcount=0}