Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib

 

2022-ci ilin 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” Günü keçirilib. “Microsoft Teams” platforması üzərindən baş tutan görüşdə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb.

İmtahan sessiyasının növbəti həftəsinin uğurla başa çatdığını bildirən rektor tələbələrin göstərdiyi müvəffəq nəticələrdən məmnunluğunu diqqətə çatdırıb. Hazırda imtahanların MDU-nun üç tədris binasında davam etdiyini qeyd edən Ş.Bayramov sessiyanın şəffaf və çevik formatda təşkili sahəsində görülən hazırlıq işlərinin müsbət nəticələr verdiyini vurğulayıb.

Səmimi ortamda keçən görüşdə tələbə və magistrantların sualları cavablandırılıb, səsləndirilən təkliflərə münasibət bildirilib. Tələbələr universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə ediblər.

Qeyd edək ki, MDU-da imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günlərinin cari ilin 3 fevral tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.

{phocagallery view=category|categoryid=840|limitstart=0|limitcount=0}