MDU kollektivi ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib

  • Рубрика записиMDU xəbərləri

2024-cü il mayın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantı Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib.

Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.