2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.
TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Amerikalı mütəxəssis MDU-da fəaliyyət göstərəcək
- Запись опубликована:19.08.2022
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

“Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib

Rektor Şahin Bayramovun 8 Mart – Beynəlxalq Qadınlar Günü təbriki

MDU kollektivi qanvermə aksiyasında iştirak edib

Azərbaycan Maarifçilər Assosiasiyasının bir qrup üzvü Mingəçevir Dövlət Universitetində olub

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ağsu rayonunda abituriyentlərlə görüş təşkil edib

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfransın canlı bölmə iclasları keçirilib

“Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli iqtisadi inkişaf strategiyasının uğurla icra olunması üçün ciddi əsaslar yaradıb
