2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.
TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Amerikalı mütəxəssis MDU-da fəaliyyət göstərəcək
- Post published:19.08.2022
- Post category:MDU xəbərləri
You Might Also Like

“AZƏRBAYCAN MÜƏLLİMİ” qəzetində “Mingəçevir Dövlət Universiteti – müasir təhsilin, doğru seçimin, uğurlu karyeranın ünvanı” başlıqlı təbliğat materialı dərc olunub

AMEA Dilçilik İnstitutu Mingəçevir Dövlət Universitetinə kitablar hədiyyə edib

Mingəçevir Dövlət Universitetində“Qida sənayesi və qida təhlükəsizliyi” mövzusunda seminar keçirilib

Qardaş Türkiyənin iki professoru MDU-da fəaliyyətə başlayıb

MDU-da mühazirə: “20 Yanvar Azərbaycan xalqının milli qürur günüdür”

MDU-nun Tələbə Elmi Cəmiyyətinin XVIl elmi-praktiki konfransı keçirilib

MDU və RISEBA arasında əməkdaşlıq çərçivəsində ustad dərs təşkil olunub
