2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.
TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Amerikalı mütəxəssis MDU-da fəaliyyət göstərəcək
- Запись опубликована:19.08.2022
- Post category:MDU xəbərləri
Digər yazılar

Valideynlər növbəti dəfə imtahan prosesini izləyiblər

Mingəçevir Dövlət Universitetində “Karyera və perspektiv imkanlar” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetində narkomaniya əleyhinə maarifləndirici mühazirə keçirilib

Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

MDU və Ankara Hacı Bayram Veli Universiteti işbirliyi çərçivəsində “Şuşa İli”nə həsr olunan konfrans keçirilib

MDU İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universitetində tələbə elmi konfransı keçirilib
