MINGACHEVIR STATE UNIVERSITY
ABOUT US
Mingachevir State University (MSU) was established according to resolution N1335 of the president of the Azerbaijan Republic dated July 24, 2015. The University which was founded in 1991, has operated under the name of the Mingachevir branch of Azerbaijan Industrial University, Mingachevir Energy Institute and Mingachevir Polytechnic Institute at different times. In the academic year of 2021/2022, personnel training was carried out at the University according to the 24 specializations(majors) (Bachelor’s degree) and 14 specialties (master’s degree) by covering economics, engineering and pedagogical profiles. There are 3 faculties and 10 departments and more than 3000 students have studied at the University. 8 students scored above 600 points in the entrance exams conducted by the State Examination Center.
MSU has more than 300 professor teacher staff, 5 of them have a Doctor of Science degree, 57 have a Doctor of Philosophy degree, 3 are professors, and 43 are associate professors. Moreover, 2 professors from Gazi University of Turkey are currently working at the University.
The complex actions that are carried out at MSU are primarily measured to achieve the main strategic goals – to become a University of a new era, contribute to regional development and achieve the goal of becoming a capital-level higher education institution. At this time, development trends observed in our national higher education, new challenges based on changes in the international higher education space, as well as the current situation and potential opportunities of the University are taken into account.
Particular attention is paid to improving the content of scientific research, increasing the use of modern methods in this area and building scientific activity on a result-oriented approach. A profile of MSU has been created on the “Web of Science®” platform, which is the world’s leading scientific database.
The Public Control Council of MSU operates in order to increase transparency in administration and ensure public accountability.
In order to benefit from the experience and potential of advanced universities, mutually beneficial cooperation has been established among Baku State University (BSU), Azerbaijan State University of Economics (UNEC), Azerbaijan Technical University (AzTU), Azerbaijan State Oil and Industry University (ASSU), Azerbaijan State Pedagogical University (ADPU) and Lankaran State University (LDU).
Cooperation has been established among Gazi University, Yıldız Teknik University, Hacı Bayram Veli University, KTO Karatay University and Istanbul Gedik University of Türkiye, Siegen University, Lithuania’s Mykolas Romeris University of Germany, Kyiv National University of Economics (KNEU) and Kyiv National University of Technology and Design (KNUTD) of Ukraine, Kazakh National Pedagogical University named after Abay (Abay University), Ahmet Yesevi University (AYU) and Kazakh National Agrarian Research University (KazNARU) of Kazakhstan. We cooperate with the mentioned foreign universities in terms of student and teacher exchange, joint participation in Erasmus+ and HORIZON2020 programs, conducting joint scientific research, holding joint scientific conferences and summer schools, and a preliminary agreement has been reached on the establishment of dual diploma programs with the relevant universities in the future.
In the 2019/2020 academic year, 5 MSU students studied at the University of Valladolid in Spain for one semester within the framework of the Erasmus+ program. During this period, 2 MSU students studied at BSU, and 1 MSU student studied at UNEC.
MSU actively participates in the Erasmus+ projects “Creation and development of quality assurance centers in Azerbaijani universities” and “New courses on geospatial engineering for adaptation of coastal ecosystems to climate change”. In the last 3 academic years, MSU employees participated in international conferences and forums organized in Türkiye, Great Britain, Sweden, Finland, Czech Republic, Lithuania, Korea, United Arab Emirates, Ukraine, Russian Federation, Kazakhstan and other countries.
Cooperation has been established with the representatives of the Ministry of Science and Education of the Republic of Azerbaijan, Ministry of Economy, Mingachevir City Executive Authority, State Examination Center, Innovation Center of the State Agency for Public Service and Social Innovations under the President of the Republic of Azerbaijan, State Tax Service under the Ministry of Economy, State Employment Agency under the Ministry of Labor and Social Protection of the Population, Agrarian Science and Innovation Center of the Ministry of Agriculture, Youth and Sports Department of Mingachevir city, and representation office of Youth Development and Career Center in Mingachevir. Cooperation with these institutions is mainly aimed at supporting students’ start-up activities and career development, increasing their innovation potential, practical knowledge and skills, improving curricula for relevant subjects, adapting them to international and local qualifications, and carrying out educational activities on various topics.
MSU also closely cooperates with numerous private enterprises, media organizations, NGOs, youth organizations and other institutions.
MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ
Haqqımızda
Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılıb. Əsası 1991-ci ildə qoyulmuş Universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib.
2025/2026-cı tədris ilində Universitetdə iqtisadiyyat, mühəndislik və təhsil profillərini əhatə edən 38 ixtisas (bakalavriat) və 20 ixtisaslaşma (magistratura) üzrə qəbul aparılır. Hazırda 3 fakültə və 10 kafedranın fəaliyyət göstərdiyi universitetdə ümumilikdə 5000-dən artıq tələbə və magistrant təhsil alır. Müxtəlif ixtisaslar və kurslar üzrə 9 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
400-dən çox əməkdaşı olan MDU-da 310 nəfərə yaxın professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfəri elmlər doktoru, 75 nəfəri fəlsəfə doktoru, 4 nəfəri professor və 46 nəfəri dosentdir.
MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəflərə – yeni dövrün universitetinə çevrilməyə, regional inkişafa töhfə verməyə və paytaxt səviyyəli ali təhsil müəssisəsi statusuna nail olmağa hesablanır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də Universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.
Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün mövcud şərtlər kontekstində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilib. Həmin istiqamətlər üzrə fəaliyyətin təşkilində qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivlər nəzərə alınır və fərqləndirilir.
Əsaslandırılmış qərarlar və inamlı addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin mühüm faktorlarından birinə çevrilməsinə imkan verir. Məhz bu amil həm Universitetin populyarlığının və cəlbediciliyinin artmasına, həm də əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəlməsinə dəstək verir.
Tələbələrin müasir dövrün çağırışlarına uyğun ali təhsil alması və onların əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi formalaşması prioritet əhəmiyyət daşıyır. Tələbələrin gələcəkdə uğurlu karyera qurması ilə bərabər xalqımıza və dövlətimizə layiq vətəndaş kimi yetişməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsinə, onların MDU-nun və Mingəçevir şəhərinin ictimai həyatında aktiv iştirak etməsinə, könüllülük və startap fəaliyyətinə cəlb olunmasına, tələbə-gənclərin idmanla məşğul olmasına xüsusi önəm verilir. MDU-da çoxsaylı tələbə təşkilatları fəaliyyət göstərir.
Elmi tədqiqatların məzmununun təkmilləşdirilməsinə, bu sahədə müasir metodlardan istifadənin artırılmasına və elmi fəaliyyətin nəticəyönümlülük yanaşması üzərində qurulmasına xüsusi diqqət yetirilir. Dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science®” platformasında MDU-nun profili yaradılıb.
İdarəçilikdə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası fəaliyyət göstərir.
Qabaqcıl universitetlərin təcrübəsindən və potensialından faydalanmaq məqsədilə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Lənkəran Dövlət Universiteti (LDU), Azərbaycan Texnologiya Universiteti, bir sıra elmi tədqiqat institutları, kolleclər və peşə məktəbləri ilə qarşılıqlı faydalı əlaqələr yaradılıb. Həmçinin, MDU çoxsaylı özəl müəssisələr, media qurumları, QHT-lər, gənclər təşkilatları və digər qurumlarla da sıx əməkdaşlıq edir.
Bu gün MDU beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın 14 ölkəsinin 25 universiteti ilə əlaqələr yaratmışdır. Türkiyənin Gazi Üniversitesi, Yıldız Teknik Üniversitesi, Hacı Bayram Veli Üniversitesi, KTO Karatay Üniversitesi və İstanbul Gedik Üniversitesi, Almaniyanın Siegen Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD), Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti), Ahmet Yesevi Universiteti (AYU) və Qazax Milli Aqrar Tədqiqat Universiteti (KazNARU) qarşılıqlı layihələr həyata keçirir. Qeyd olunan xarici universitetlərlə tələbə və müəllim mübadiləsi, Erasmus+ və HORİZON2020 proqramlarında birgə iştirak, birgə elmi tədqiqatların aparılması, ortaq elmi konfranslar və yay məktəbləri keçirilməsi istiqamətlərində əməkdaşlıq edilir, gələcəkdə müvafiq universitetlərlə ikili diplom proqramlarının yaradılması haqqında ilkin razılıq əldə olunub.
MDU ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən və 130-dan çox ölkənin 600-dən artıq universitetini birləşdirən Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities – IAU) üzvüdür.
MDU 170-dən çox universiteti əhatə edən Kəmər və Yol Universitet Alyansının (University Alliance of the Belt and Road – UAB&R) üzvü olaraq fəaliyyətini davam etdirir.
MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həm tələbə və müəllim mübadiləsi, həm də potensialın gücləndirilməsi layihələrində iştirak edir.
Hazırda Erasmus + proqramı çərçivəsində tələbə və müəllim mübadiləsi istiqamətində əməkdaşlıq edilən universitetlər:
İspaniyanın Valladolid Universiteti ( UvA University of Valladolid), Sloveniyanın Nova Gorika Universiteti (Nova Gorica University), Rumıniyanın Timişoara Politexnik Universiteti (Timisoara Polytechnical University), Transilvaniya Universiteti (Transilvania University of Brasov), Latviyanın RISEBA Tətbiqi Elmlər Universiteti (The RISEBA University of Applied Sciences), İspaniyanın Leon Universiteti (Universidad de Leon) və Sloveniyanın Primorsk Universiteti (University of Primorska) və Türkiyə Respublikasının 3 universiteti (Ankara Hacı Bayram Veli Universiteti, İstanbul Gedik Universiteti və Kayseri Universiteti)
GEOCLIC, ENGAGE, VEHUB4YOU, DIRNA, REFRESH, BEAUCOUP, GreenTech Horizons layihələri beynəlxalq əməkdaşlıq çərçivəsində MDU-nun tərəfdaşı və icraçısı olduğu iri layihələrdəndir.
Universitet Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi ilə əməkdaşlıq edir. Bu qurumlar ilə əməkdaşlıq əsasən tələbələrin startap fəaliyyətlərinin və karyera inkişafının dəstəklənməsinə, onların innovasiya potensialının, praktiki bilik və bacarıqlarının artırılmasına, müvafiq fənlər üzrə tədris planlarının təkmilləşdirilməsinə, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılmasına və müxtəlif mövzularda maarifləndirmə işlərinin həyata keçirilməsinə hədəflənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2025-ci il tarixli Sərəncamına əsasən Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.