Вы сейчас просматриваете MDU-da “İlkin tibbi yardım həyat xilas edir” mövzusunda maarifləndirici tədbir keçirilib

MDU-da “İlkin tibbi yardım həyat xilas edir” mövzusunda maarifləndirici tədbir keçirilib

  • Рубрика записиMDU xəbərləri

2024-cü il martın 4-də Mingəçevir Dövlət Universitetində (MDU) Səhiyyə Nazirliyi və Mingəçevir Tibb Kollecinin (MTK) birgə təşkilatçılığı ilə “İlkin tibbi yardım həyat xilas edir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Universitetin akt zalında keçirilən tədbirdə MDU-nun və MTK-nın bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

Açılış nitqi ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov ilkin tibbi yardımın insanların həyatında təcili tibbi vəziyyətlərdə davranış qaydalarını bilməyin əhəmiyyətini diqqətə çatdıraraq keçirilən tədbirin təqdirəlayiq olduğunu vurğulayıb.

Sonra, kollec tələbələri 1-3 yaş arası körpələr, 3-8 yaş arası körpələr və 8 yaşından yuxarı insanların başına gələ biləcək bədbəxt hadisələr zamanı ürəyin qapalı masajı, süni nəfəsin verilməsi, suda boğulma və digər hadisələrdə zərərçəkmişlərə göstərilən ilkin tibbi yardım və təməl həyat dəstəyi ilə bağlı məlumatlandırıcı çıxışlar edib, müxtəlif səhnəciklər canlandırıb, nəğmələr oxuyublar.

İştirakçılar tərəfindən maraqla qarşılanan tədbirdə sual-cavabda aktiv iştirak edən tələbələrə hədiyyələr verilib, məlumatlandırıcı bukletlər paylanılıb.