MDU-da yarışlar başa çatıb

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da yarışlar başa çatıb

10 aprel – 10 may 2018-ci il tarixlərdə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş idmanın voleybol, şahmat, dama və mini futbol növləri üzrə qruplararası universitet birinciliyi keçirilmişdir. Tədbirlər planına uyğun olaraq: voleybol yarışları 10.04.-20.04.2018-ci il; şahmat yarışları 21.04.-26.04.2018-ci il; dama yarışları 27.04.-01.05.2018-ci il; mini futbol yarışları isə 02.05.-10.05.2018-ci il tarixlərdə keçirilmişdir. Bütün oyunlar olimpiya sistemi üzrə həyata keçirilib. Voleybol üzrə yarışlara universitetin 10 komandası, şahmat üzrə 25 nəfər tələbə-idmançı, dama üzrə 32 nəfər tələbə-idmançı və mini futbol üzrə 32 komandası qoşulublar. Oyunlar gərgin mübarizə şəraitində baş tutub.

Birinciliklərdə fəxri yerləri tutmuş komandalar və tələbə idmançıların siyahısı aşağıdakılardan ibarərt olub:

Voleybol üzrə:

I yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – II kurs – M16 saylı qrup

II yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – II kurs – İ16 saylı qrup

II yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – I kurs – ST17 saylı qrup

Voleybol üzrə ən yaxşı və məhsuldar oyunçu MU16 saylı qrupun tələbəsi Həmid Soltanov olmuşdur.

Şahmat üzrə:

I yer – Mühəndislik fakültəsi üzrə – Musa Şirinov – I kurs – YN17 saylı qrup

II yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – Niyaz İsmayılov – I kurs  -MU17 saylı qrup

III yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – Həmid Soltanlı – II kurs – MU16 saylı qrup

Dama üzrə:

I yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – Elvin Abdullayev – II kurs – ST16.1 saylı qrup

II yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – Natiq Hüseynov – II kurs MU16 saylı qrup

III yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – Kərim Vahabov – II kurs -MU16 saylı qrup

Mini futbol üzrə:

I yer – Mühəndislik fakültəsi üzrə – I kurs – YN17 saylı qrup

II yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – II kurs – TO16 saylı qrup

III yer – İqtisadiyyat və idarəetmə fakültəsi üzrə – I kurs – DB17 saylı qrup

Mini futbol üzrə ən yaxşı hücumçu adına YN17 saylı qrupun tələbəsi Cavid Həşimzadə, ən yaxşı müdafiəçi ST16.1 saylı qrupun tələbəsi Mahir Abbasov, ən yaxşı yarımmüdafiəçi TO17 saylı qrupun tələbəsi Sahil Kərimli, ən yaxşı qapıçı ST17.2 saylı qrupun tələbəsi Ramazan Həsənov, yarışın bombardiri isə YN17 saylı qrupun tələbəsi Dayaq Mənafov olmuşdur.

Yarışlarda fəxri yerləri tutmuş komandalar və tələbə-idmançılar Mingəçevir Dövlət Universitetinin təsis etdiyi kubok, medal, xatirə hədiyyələri və fəxri fərmanlarla mükafatlandırılmışlar.

Yarışların təşkili və keçirilməsini Mingəçevir Dövlət Universitetinin İdman – Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov həyata keçirmişdir. Hakimlər kollegiyasına isə məşqçi müəllimlər – Kamran Nəsirov, Ramin Allahverdiyev və İlham İsayev daxil edilmişdir.

{phocagallery view=category|categoryid=53|limitstart=0|limitcount=0}