MDU-nun Humanitar fənlər kafedrasının işçi qrupu mövcud təhsil proqramları (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Tarix, Tarix müəllimliyi) üzrə əmək bazarının nümayəndələri ilə görüşüb.13 fevral 2025-ci il tarixində təşkil olunan görüşdə R.Muradov adına Texniki və Humanitar fənlər liseyinin direktoru Nailə Məmmədova, Tədris işləri üzrə direktor müavini Mahiyə Məmmədli, liseyin tarix müəllimi Aytən Mehdiyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Novruzova, Kəmalə Yusifova və MDU-nun Humanitar fənlər kafedrasının müdiri dos.Esmira Cəfərova, kafedranın əməkdaşları f.f.d. Günel Yunusova, f.f.d. S.Ağakişiyeva, t.f.d. Aygün Qədirova və t.f.d. Vüsalə Mövlayeva iştirak edirdilər. Görüşün əsas məqsədi universitet məktəb əlaqələrinin genişləndirilməsi, qeyd olunan təhsil proqramları üzrə əmək bazarının əsas ehtiyacları və tələbləri, bu istiqamətlər üzrə birgə fəaliyyətin, o cümlədən elmi-tədqiqat işlərinin aparılmasının stimullaşdırılması, əməkdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılmışdır. Bəzi fənlərin tədris proqramı ilə əlaqəli suallar universitet əməkdaşları tərəfindən cavablandırıldı. Əməkdaşlığın davamlı olması üçün bir sıra tədbirlərin keçirilməsi bağlı müzakirələr aparılaraq razılıq əldə edildi.
MDU-nun Humanitar fənlər kafedrasının işçi qrupu mövcud təhsil proqramları üzrə əmək bazarının nümayəndələri ilə görüşüb
- Запись опубликована:14.02.2025
- Рубрика записиHumanitar fənlər / MDU xəbərləri
Вам также может понравиться

MDU Elmi Şurasının növbəti iclası keçirilib

MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktiki seminar keçirilib

Şahin Bayramov: Prezident İlham Əliyev dünyada ən çox rəğbət bəslənilən liderlər sırasındadır

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Mingəçevir Dövlət Universitetində olub

MDU aliminin məqaləsi Scopus bazasında indeksləndirilən jurnalda dərc olunub

Zəfər Günü münasibətilə şəhid ailələri ziyarət edilib

Ümummilli Liderə həsr olunmuş festivalda fəxri yer tutan MDU tələbələri ilə görüş keçirilib
