MDU tələbələri “Turizmdə AA KLASS” seminarında

  • Рубрика записиXəbərlər (AZ)

MDU tələbələri “Turizmdə AA KLASS” seminarında

Hotels Akademinin Qafqaz Baku Sport Hoteldə “Turizmdə AA KLASS” seminarında Mingəçevir Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisasının bir qrup tələbəsi Экономика kafedrasının  müəllimi Cəlil Bağırovun rəhbərliyi ilə iştirak etmişdir.

Seminarda Turizm və otelçilik istiqamətində xarici ölkələrdə kifayət qədər nəzəri və praktiki təcrübələri olan təlimçilər öz biliklərini paylaşmışdır. Seminarın birinci bölməsində Turizmin spesifik xüsusiyyətləri və otellərdə xidmətin təşkili, xarici təcrübənin tətbiqi, otellərdə karyera inkişafı imkanları, otellərdə xərclərin idarə edilməsi və s. mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Seminarın ikinci bölümündə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, fəal iştirak edən tələbələr sertifikatla təltif edilmişlər.

Qeyd edək ki, bu silsilə seminarların gələcəkdə regionlarda da keçirilməsi “Hotels Akademi” rəhbərliyi tərəfindən planlaşdırılıb.

{phocagallery view=category|categoryid=90|limitstart=0|limitcount=0}