Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüşüb. Rektor MDU-nun strateji hədəfləri, universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tələbə və müəllim heyətinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə atılan addımlar və universitet – sənaye işbirliyinin genişləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib.
MDU ilə İATM arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayan Ş.Bayramov maliyyə və mühasibatlıq ixtisasları üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşdırılması istiqamətində reallaşdırıla biləcək ortaq layihələr barədə fikirlərini bölüşüb.
MDU-da olmaqdan məmnunluğunu ifadə edən İATM-nin direktoru Radil Fətullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İATM tərəfindən reallaşdırılan praktiki maliyyə və mühasibat təlimləri haqqında danışan R.Fətullayev MDU ilə potensial əməkdaşlığın mümkün faydalarını diqqətə çatdırıb. Görüşün sonunda İATM tərəfindən hazırlanmış 10 ədəd kitab və metodiki vəsait MDU-nun kitabxaasına hədiyyə edilib.
Qeyd edək ki, milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional innovasiya ekosisteminin drayverinə çevrilməyi hədəfləyən MDU-da müvafiq tərəfdaşlarla səmərəli işbirliyinin yaradılmasına xüsusi önəm verilir.





Mingəçevir Dövlət Universiteti İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək
- Запись опубликована:31.08.2022
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

Mingəçevir Dövlət Universitetində imtahan prosesi müşahidə edilib

“Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində MDU-da seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahanları izləyiblər

MDU-da seminar: Sosial media

Rektor Şahin Bayramovun “AZƏRBAYCAN” qəzetində məqaləsi dərc olunub

Mingəçevir Dövlət Universiteti (MDU) qardaş Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə elmi əməkdaşlığını davam etdirir

Mingəçevir Dövlət Universitetinin əməkdaşları tələbə qəbulu üçün təbliğat-təşviqat kampaniyasını davam etdirir
