Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüşüb. Rektor MDU-nun strateji hədəfləri, universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tələbə və müəllim heyətinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə atılan addımlar və universitet – sənaye işbirliyinin genişləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib.
MDU ilə İATM arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayan Ş.Bayramov maliyyə və mühasibatlıq ixtisasları üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşdırılması istiqamətində reallaşdırıla biləcək ortaq layihələr barədə fikirlərini bölüşüb.
MDU-da olmaqdan məmnunluğunu ifadə edən İATM-nin direktoru Radil Fətullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İATM tərəfindən reallaşdırılan praktiki maliyyə və mühasibat təlimləri haqqında danışan R.Fətullayev MDU ilə potensial əməkdaşlığın mümkün faydalarını diqqətə çatdırıb. Görüşün sonunda İATM tərəfindən hazırlanmış 10 ədəd kitab və metodiki vəsait MDU-nun kitabxaasına hədiyyə edilib.
Qeyd edək ki, milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional innovasiya ekosisteminin drayverinə çevrilməyi hədəfləyən MDU-da müvafiq tərəfdaşlarla səmərəli işbirliyinin yaradılmasına xüsusi önəm verilir.





Mingəçevir Dövlət Universiteti İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək
- Запись опубликована:31.08.2022
- Post category:MDU xəbərləri
Digər yazılar

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 30 Noyabr “Beynəlxalq İnformasiya Təhlükəsizilyi Günü” münasibətilə “Yaşıl dünya və kiber gələcək: innovasiya və təhlükəsizlik ” mövzusunda IV tələbə elmi-praktik konfrans təşkil olunub

Mingəçevir Dövlət Universitetində “O olmasın bu olsun” tamaşası səhnələşdirilib

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışında iştirak edib

Mingəçevirdə “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

“Müzəffər Ali Baş Komandan: Qalib lider” mövzusunda elmi konfrans keçirilib

MDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) əmək bazarı nümayəndələri ilə görüş keçirilib
