Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüşüb. Rektor MDU-nun strateji hədəfləri, universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tələbə və müəllim heyətinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə atılan addımlar və universitet – sənaye işbirliyinin genişləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib.
MDU ilə İATM arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayan Ş.Bayramov maliyyə və mühasibatlıq ixtisasları üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşdırılması istiqamətində reallaşdırıla biləcək ortaq layihələr barədə fikirlərini bölüşüb.
MDU-da olmaqdan məmnunluğunu ifadə edən İATM-nin direktoru Radil Fətullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İATM tərəfindən reallaşdırılan praktiki maliyyə və mühasibat təlimləri haqqında danışan R.Fətullayev MDU ilə potensial əməkdaşlığın mümkün faydalarını diqqətə çatdırıb. Görüşün sonunda İATM tərəfindən hazırlanmış 10 ədəd kitab və metodiki vəsait MDU-nun kitabxaasına hədiyyə edilib.
Qeyd edək ki, milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional innovasiya ekosisteminin drayverinə çevrilməyi hədəfləyən MDU-da müvafiq tərəfdaşlarla səmərəli işbirliyinin yaradılmasına xüsusi önəm verilir.





Mingəçevir Dövlət Universiteti İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək
- Запись опубликована:31.08.2022
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının Kitabxanasına və Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxanasına kitablar hədiyyə edib

MDU-da təlim: “Akademik münasibətlərdə psixoloji dəstək və ünsiyyət texnikaları”

Mingəçevir Dövlət Universitetinin dosenti beynəlxalq konfransda məruzə ilə çıxış edib

Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib

Mingəçevir Dövlət Universitetinin müəllimi Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib

MDU-nun müəllimi: Böyük Qayıdışın yeni ünvanı Xocalı
