27-28 noyabr 2024-cü il tarixlərində Xəzər Universitetində “DIRNA” Erasmus+ layihəsi çərçivəsində “Tədqiqat Metodları” mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir. Bu tədbirdə Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva iştirak etmişdir. İki gün davam edən təlim tədqiqat sahəsində biliklərin artırılması və praktik bacarıqların inkişafı üçün böyük imkanlar yaratmışdır. Universitet rəhbərliyi bu cür tədbirlərin əhəmiyyətini dəyərləndirərək, əməkdaşlarının elmi biliklərini artırmaq üçün beynəlxalq layihələrdə iştirakını hər zaman dəstəkləyir. 27 noyabr 2024-cü il tarixində Raziyə İsayeva tərəfindən aparılan sessiya tədqiqat dizaynı, planlaşdırma və etik prinsiplərin tətbiqinə həsr edilmişdir. Ədəbiyyat icmalı mövzusu xüsusilə vurğulanaraq tədqiqatın uğurunun əsasının düzgün araşdırma olduğu bir daha diqqətə çatdırılmışdır. 28 noyabr 2024-cü il tarixində Cavid Ocaği ilə keçirilən təlimdə iştirakçılar tədqiqat suallarının düzgün formalaşdırılması, metodologiyaların seçilməsi, məlumatların təhlili və hesabatların hazırlanması barədə geniş məlumat əldə etmişlər. Təlimin praktiki bölmələri iştirakçıların tədqiqat işlərinin keyfiyyətini artırmağa yönəlmişdir. Təlim zamanı əldə olunan biliklər və ideyalar Mingəçevir Dövlət Universitetinin elmi tədqiqat sahəsində yeni nailiyyətlər əldə etməsi üçün faydalı olacaqdır. Universitet rəhbərliyi bu kimi tədbirlərin elmi icmanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir və əməkdaşlarının beynəlxalq təlimlərdə iştirakını strateji prioritet kimi görür.
Mingəçevir Dövlət Universitetinin nümayəndəsi Xəzər Universitetində “Tədqiqat Metodları” mövzusunda keçirilən təlimdə iştirak etmişdir
- Запись опубликована:02.12.2024
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Təhsildə yeni texnologiyaların rolu: MS Office, interaktiv lövhələr və onların təhsildə istifadəsi” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində ustad dərsləri təşkil olunub

Mingəçevir Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr edilən mühazirə keçirilib

MDU-da növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

Mingəçevir Dövlət Universitetində “Karyera Günü” keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP-29: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib

Mingəçevir Dövlət Universitetinin tələbələri “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib
