27-28 noyabr 2024-cü il tarixlərində Xəzər Universitetində “DIRNA” Erasmus+ layihəsi çərçivəsində “Tədqiqat Metodları” mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir. Bu tədbirdə Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva iştirak etmişdir. İki gün davam edən təlim tədqiqat sahəsində biliklərin artırılması və praktik bacarıqların inkişafı üçün böyük imkanlar yaratmışdır. Universitet rəhbərliyi bu cür tədbirlərin əhəmiyyətini dəyərləndirərək, əməkdaşlarının elmi biliklərini artırmaq üçün beynəlxalq layihələrdə iştirakını hər zaman dəstəkləyir. 27 noyabr 2024-cü il tarixində Raziyə İsayeva tərəfindən aparılan sessiya tədqiqat dizaynı, planlaşdırma və etik prinsiplərin tətbiqinə həsr edilmişdir. Ədəbiyyat icmalı mövzusu xüsusilə vurğulanaraq tədqiqatın uğurunun əsasının düzgün araşdırma olduğu bir daha diqqətə çatdırılmışdır. 28 noyabr 2024-cü il tarixində Cavid Ocaği ilə keçirilən təlimdə iştirakçılar tədqiqat suallarının düzgün formalaşdırılması, metodologiyaların seçilməsi, məlumatların təhlili və hesabatların hazırlanması barədə geniş məlumat əldə etmişlər. Təlimin praktiki bölmələri iştirakçıların tədqiqat işlərinin keyfiyyətini artırmağa yönəlmişdir. Təlim zamanı əldə olunan biliklər və ideyalar Mingəçevir Dövlət Universitetinin elmi tədqiqat sahəsində yeni nailiyyətlər əldə etməsi üçün faydalı olacaqdır. Universitet rəhbərliyi bu kimi tədbirlərin elmi icmanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir və əməkdaşlarının beynəlxalq təlimlərdə iştirakını strateji prioritet kimi görür.
Mingəçevir Dövlət Universitetinin nümayəndəsi Xəzər Universitetində “Tədqiqat Metodları” mövzusunda keçirilən təlimdə iştirak etmişdir
- Запись опубликована:02.12.2024
- Post category:MDU xəbərləri
Digər yazılar

MDU-da tələbələrin elmi-praktik seminarı keçirilib

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Musfafayevin MDU haqqında fikirləri

“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində MDU-da görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP-29: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib

MDU-da Mingəçevir Şəhər Polis Şöbəsinin maarifləndirici tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetində Monitorinq Qrupunun növbəti görüşü keçirilib

MDU tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayırlar
