27-28 noyabr 2024-cü il tarixlərində Xəzər Universitetində “DIRNA” Erasmus+ layihəsi çərçivəsində “Tədqiqat Metodları” mövzusuna həsr olunmuş növbəti təlim keçirilmişdir. Bu tədbirdə Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva iştirak etmişdir. İki gün davam edən təlim tədqiqat sahəsində biliklərin artırılması və praktik bacarıqların inkişafı üçün böyük imkanlar yaratmışdır. Universitet rəhbərliyi bu cür tədbirlərin əhəmiyyətini dəyərləndirərək, əməkdaşlarının elmi biliklərini artırmaq üçün beynəlxalq layihələrdə iştirakını hər zaman dəstəkləyir. 27 noyabr 2024-cü il tarixində Raziyə İsayeva tərəfindən aparılan sessiya tədqiqat dizaynı, planlaşdırma və etik prinsiplərin tətbiqinə həsr edilmişdir. Ədəbiyyat icmalı mövzusu xüsusilə vurğulanaraq tədqiqatın uğurunun əsasının düzgün araşdırma olduğu bir daha diqqətə çatdırılmışdır. 28 noyabr 2024-cü il tarixində Cavid Ocaği ilə keçirilən təlimdə iştirakçılar tədqiqat suallarının düzgün formalaşdırılması, metodologiyaların seçilməsi, məlumatların təhlili və hesabatların hazırlanması barədə geniş məlumat əldə etmişlər. Təlimin praktiki bölmələri iştirakçıların tədqiqat işlərinin keyfiyyətini artırmağa yönəlmişdir. Təlim zamanı əldə olunan biliklər və ideyalar Mingəçevir Dövlət Universitetinin elmi tədqiqat sahəsində yeni nailiyyətlər əldə etməsi üçün faydalı olacaqdır. Universitet rəhbərliyi bu kimi tədbirlərin elmi icmanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir və əməkdaşlarının beynəlxalq təlimlərdə iştirakını strateji prioritet kimi görür.
Mingəçevir Dövlət Universitetinin nümayəndəsi Xəzər Universitetində “Tədqiqat Metodları” mövzusunda keçirilən təlimdə iştirak etmişdir
- Post published:02.12.2024
- Post category:MDU xəbərləri
You Might Also Like

Payız semestrinin imtahan sessiyasına uğurla start verilib

Mingəçevir Dövlət Universitetində “Süni intellekt bu gün və sabah” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universiteti Greentech2 startap müsabiqəsinin final mərhələsində 5 komanda ilə təmsil olunacaq

MDU Mingəçevir məktəblilərinin “Sabahın alimləri” XII Respublika müsabiqəsində iştirakını dəstəkləyir

Mingəçevir Dövlət Universitetində (MDU) MS Word – MS Office proqramı üzrə peşəkar təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) və Türkiyənin Düzce Universitetinin rəhbərliyi bir qrup akademik inzibati heyət üzvləri ilə birgə “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər

Azərbaycan universitetləri İsveç təcrübəsini öyrənirlər (Azərbaycan müəllimi qəzeti)
