Mingəçevir Dövlət Universitetinin müəllimi tərəfindən Ağdaş Dövlət Humanitar Kollecində təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müəllimi Elza İskəndərlinin təşkilatçılığı ilə Ağdaş Dövlət Humanitar Kollecində bir qrup müəllimlər üçün “Tədrisin qiymətləndirilməsi, innovativ təlim metodları və strategiyalar” mövzusunda maarifləndirici və praktiki yönümlü təlim keçirilib.

Təlimin əsas məqsədi müəllimlərin qiymətləndirmə sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, tədris prosesində müasir və tələbəyönümlü yanaşmaların tətbiqini təşviq etmək, eləcə də tələbələrin öyrənmə fəaliyyətinə daha effektiv dəstək göstərmək olmuşdur.

Təlim zamanı iştirakçılar obyektiv və şəffaf qiymətləndirmə meyarlarının hazırlanması, innovativ təlim metodları, interaktiv dərs modelləri və müasir pedaqoji yanaşmaların praktiki tətbiqi barədə ətraflı məlumatlandırılmışdır.

Təlim interaktiv formatda təşkil olunmuş, müəllimlər müxtəlif tapşırıqlar üzərində işləyərək fikir mübadiləsi aparmış və təqdimatlarla çıxış etmişlər.

Sonda keçirilən ümumi müzakirələr zamanı iştirakçılar təlimin faydalı və praktik əhəmiyyətli olduğunu vurğulamış, əldə etdikləri bilik və bacarıqları gələcək pedaqoji fəaliyyətlərində tətbiq edəcəklərini bildirmişlər. Təlim müəllimlərin peşəkar inkişafına mühüm töhfə vermişdir.