Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib

25 dekabr 2018-ci il tarixdə Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin ”Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Təhsildən başlayan elmin uğurları” mövzusunda elmi-nəzəri konfransı keçirilib. Konfransın işində Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli, Pedaqoji fakültənin dekanı, dosent Nizami Zeynalov, “Xarici dillər” kafedrasının müdiri, dosent Zenfira Əzizova “Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru, “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Səbinə Quliyeva iştirak ediblər.

Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universiteti TEC-in sədri, baş müəllim Günəş Şəfaqətov açıb və tələbələrə uğurlar arzulayıb.

Sonra məruzələr dinlənilib. İS16 saylı qrupun tələbəsi Aytac Talıbova “Azərbaycan Demokratik Respublikasının maarif sahəsində tədbirləri” (elmi rəhbər: dos. Sahib Məmmədov); EE17 saylı qrupun tələbəsi Rəvan Əliyev “Ozon dəliyi” problemi (elmi rəhbər: dos. Vüqar Mustafayev); ST16.2 saylı qrupun tələbəsi Elçin Ağamirzəyev “Texnoparkların innovativ layihələndirilməsi istiqamətləri” (elmi rəhbər: dos. Emiliya Hüseynova); XD17 saylı qrupun tələbəsi Təranə Hacıyeva “Emojilər” yeni ünsiyyət vasitəsi kimi (elmi rəhbər: Gülnarə Qurbanova); M17 saylı qrupun tələbəsi Çingiz Çingizzadə “Azərbaycanın müasir büdcə-vergi siyasəti” (elmi rəhbər: b/m. Günəş Şəfaqətov); İT16 saylı qrupun tələbəsi Aidə Qurbanova “Nanotexnologiya yeni aləmə açılan qapıdır” (elmi rəhbər t.f.d., b/m. Aidə Mustafayeva); TO17 saylı qrupun tələbəsi Ləman Mürsəlova “Nəqliyyat turizmi” (elmi rəhbər: b/m. Nazim Niftəliyev) məruzələrlə çıxış ediblər. Məruzəçilərə apardıqları tədqiqat işləri ilə bağlı suallar verilib.

Konfransın sonunda rektor Akif Hacıyev çıxış edib. Tələbələrə və elmi rəhbərlərə tədqiqat işilə bağlı apardıqlara araşdırmalara görə minnətdarlığını bildirib. Tələbələrə hər anın qədrini bilməyi, elmin sirrlərinə səbrlə yiyələnərək kamil mütəxəssis kimi yetişmələrini tövsiyə edib.

{phocagallery view=category|categoryid=102|limitstart=0|limitcount=0}