Mingəçevir Dövlət Universitetində “İnsan Mühəndisliyi” mövzusuna həsr edilmiş təlim keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “İnsan Mühəndisliyi” mövzusuna

həsr edilmiş təlim keçirilib

 

Mingəçevir Dövlət Universitetində Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə Rövşən Nəcəfovun müəllifi olduğu “İnsan Mühəndisliyi” proqramının təqdimatı keçirilib. Təqdimat zamanı tələbələrlə şəxsi inkişaflarında psixoloji aspektlər, gələcək karyeralarında uğur qazanmaq, həyatlarında müəyyən və qeyri-müəyyən anlayışlar haqqında müzakirələr aparılıb.

Rövşən Nəcəfovun müəllifi olduğu “İnsan mühəndisliyi” proqramı haqqında ətraflı məlumat verərək qeyd edib ki, insanı enerji, fikir və beyin olaraq 3 hissdə təyin edir. “İnsan mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

Rövşən Nəcəfov bildirib ki, “İnsan mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təilimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və social iş xidmətlərini təqdim edir. Tədbir geniş disskusiya xarakteri daşıyıb. Tələbələr Rövşən Nəcəfovdan onları maraqlandıran suallara cavab axtarıblar.    

{phocagallery view=category|categoryid=197|limitstart=0|limitcount=0}