Mingəçevir Dövlət Universitetində voleybol üzrə yoldaşlıq görüşü keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində voleybol üzrə

yoldaşlıq görüşü keçirilib

 

Mingəçevir Dövlət Universitetinin voleybol üzrə yığma komanda Dövlət Bayrağı Günü münasibətilə Mingəçevir “ASAN peşə” xidmətinin komandası ilə yoldaşlıq görüşü keçirib. Gərgin keçən mübarizə şəraitində hər üç setdə Mingəçevir Dövlət Universitetinin komandası qalib gəlib. I set 25:13, II set 25:14, III set isə 25:20 hesabı ilə başa çatıb.

Yoldaşlıq görüşündə Mingəçevir Dövlət Universitetinin MU16 saylı qrupun tələbəsi Həmid Soltanlı ən yaxşı oyunçu adına layiq görülüb.

MDU-nun təklifi ilə keçirilən yoldaşlıq görüşü tələbələrdən ibarət yenidən yaradılan komandanın yoxlanması idi.

MDU-nun şərəfini bu oyunda TO17 saylı qrupun tələbələri Sahil Kərimli; Yasin Əsgərov; Tərlan Gülmalıyev; M16 saylı qrupun tələbələri Nihad Əhmədov; İlkin Çələbiyev; Kənan Rəsulov; MU16 saylı qrupun tələbəsi Həmid Soltanlı və DB16 saylı qrupun tələbəsi İsrafil Qocayev qoruyublar.

         Qeyd edək ki, oyunu MDU-nun İdman və Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov idarə edib.

{phocagallery view=category|categoryid=231|limitstart=0|limitcount=0}