Robot texnologiyalarına daha doğru bir addım

  • Рубрика записиXəbərlər (AZ)

Robot texnologiyalarına daha doğru bir addım

Mingəçevir Dövlət Universitetində “İnformasiya texnologiyaları” kafedrasının baş müəllimi Elnur Oktay oğlu Xəlilovun müəllifi olduğu “Sistemli analiz və kompüterdə modelləşdirmə” fənni üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə dair Metodik vəsait (Proqram təminatı – ABB Robotstudio) nəşr olunub.

Metodik vəsaitə Azərbaycan Texnologiya Universitetinin “İnformasiya və telekommunikasiya” kafedrasının müdiri, professor S.Q.Verdiyev, Azərbaycan Texnologiya Universitetinin “Avtomatika və idarəetmə” kafedrasının müdiri, tex.f.d., dosent R.M.Hacıyev,   Mingəçevir Dövlət Universitetninin “Riyaziyyat” kafedrasının dosenti, f.r.f.d., M.B.Rəsulov və Mingəçevir Dövlət Universitetninin “İnformasiya texnologiyaları” kafedrasının dosenti, tex.f.d. A.Ə.Əliyeva rəy vermişlər.

Metodik vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 avqust 2014-cü il tarixli 913 №-li əmri ilə 050632 “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, 050655 “İnformasiya texnologiyaları” ixtisasları üçün təsdiqlənmiş “Ali təhsil pilləsinin dövlət standartı: bakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqramı”na uyğun işlənib hazırlanmışdır.

Metodik vəsait “Sistemli analiz və kompüterdə modelləşdirmə” fənninı tədris edən müəllimlər, ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.

“Sistemli analiz və kompüterdə modelləşdirmə” fənni üzrə metodik vəsait nəşr olunmaq üçün Mingəçevir Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir.

82 səhifəlik metodik vəsait 100 ədəd tirajla Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Mərkəzində çap olunmuşdur.