Вы сейчас просматриваете MDU-nun gənc əməkdaşları “Yerli layihəsi”ndə fəal təmsil olunublar

MDU-nun gənc əməkdaşları “Yerli layihəsi”ndə fəal təmsil olunublar

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Yerli layihəsi”ndə fəal təmsil olunub. 243 nəfər gəncin iştirak etdiyi layihəyə MDU-nun 4 əməkdaşı – Elçin Tağıyev, Balabəy Həsənov, Razim Qurbanov və Günay Əliyeva qatılıb.

Layihə çərçivəsində Gəncə, Mingəçevir, Şirvan, Masallı, Göyçay, Balakən Gənclər Evində region gəncləri üçün VEB və android proqramlaşdırma, sosial media marketinq, qrafik dizayn, microsoft ofis və help disk proqramları üzrə praktiki təlimlər keçirilib. Təlimlər region gənclərinin İT biliklərinin təkmilləşdirilməsinə dəstək vermək, məşğulluq imkanlarını genişləndirmək, həmçinin gənclərin öz yaşadıqları regionlarını tərk etmədən məsafədən iş tapmalarına dəstək göstərmək məqsədi daşıyıb.

2022-ci ilin 28 dekabr tarixində MDU-nun rektoru Şahin Bayramov “Yerli layihəsi” çərçivəsində təlimləri uğurla başa vuran universitetin gənc əməkdaşları ilə görüşüb.

Müasir dövrdə rəqəmsal bilik və bacarıqların artırılmasının zəruriliyindən, universitetdə İT təhsilin inkişafının prioritetliyindən söhbət açan rektor layihənin önəmini diqqətə çatdırıb. Təlimləri uğurla başa vurduqlarına və universiteti layiqincə təmsil etdiklərinə görə MDU əməkdaşlarını təbrik edən Ş.Bayramov gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Əməkdaşlar göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Sonra rektor Ş.Bayramov tərəfindən “Yerli layihəsi”nin iştirakçılarına müvafiq sertfifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.