44 günlük Vətən müharibəsi
2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələndi.
Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma yurd həsrətinə son qoydular.
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar.
Vətən Müharibəsi dövründə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.
Elmi Şuranın müvafiq qərarları ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min, “YAŞAT” Fonduna isə 10 min manat vəsait köçürülmüşdür.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları və müharibədən zərər çəkənlərlə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərində MDU fəal təmsil olunmuşdur.
Xəbərlər
Mingəçevir Dövlət Universitetinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib
2026-cı ilin 26 fevral tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, professor-müəllim heyəti, tələbə və magistrantları Mingəçevir Şəhər Şəhidlər Xiyabanını
Rektor Anar Eminov şəhid Təbriz Cüməzadənin ildönümü tədbirində iştirak edib
2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Təbriz Cüməzadənin ildönümü münasibətilə Mingəçevir Şəhidlər Xiyabanında tədbir keçirilib. Anım tədbirində şəhid ailələrinin
Mingəçevir Dövlət Universitetində Şəhid İntiqam İsmayılova həsr olunmuş filmin təqdimatı keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) şəhid İntiqam İsmayılovun xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, EL Televiziya Şirkətinin
Mingəçevir Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
2025-ci il noyabrın 7-də Mingəçevir Dövlət Universitetində (MDU) Zəfər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Universitetin ikinci tədris binasının akt