Mühəndislik fakültəsində TEC-in uğurlu konfransı
Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Elm, zaman və gənclik mövzusunda” konfransı keçirilib. Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuşdur. Konfransın işində fakültənin pedaqoji və tələbə heyətinin nümayəndələri ilə yanaşı MDU-nun Elmi işlər üzrə prorektoru, professor V.Əyyubov və universitetin TEC sədr baş müəllim Günəş Şəfaqətov iştirak ediblər.
Konfransı giriş sözü ilə fakültə dekanı dos. Vüqar Mustafayev açıb. Konfransda TEC-in üzvləri tərəfindən aparılmış tədqiqat işlərinin yüksək səviyyədə hazırlandığını qeyd edib. Sonra Elmi işlər üzrə prorektor, professor V.Əyyubov çıxış edərək konfrans iştirakçılarına universitet rəhbərliyinin salamlarını bildirdi və tələbələrə konfransın işində uğurlar arzu etdi.
Sonra EM15 saylı qrupun tələbəsi Leyla İsmayılova “Həyat üçün su onilliyi” (elmi rəhbər, dos. Pərvanə Səfərova); EE15 saylı qrupun tələbəsi Taleh Məmmədov “Elektrik veriliş xətlərinin buz təbəqəsindən mühafizə yolları” (elmi rəhbər Səadət Şıxəliyeva); EM17 saylı qrupun tələbəsi Aişə Malımova “Bəşəriyyətin “ağ ciyərləri”” (elmi rəhbər dos. Məhyəddin Mehdiyev); EE17 saylı qrupun tələbəsi Rəvan Əliyev “Avtomatik qurğuların inkişaf tarixinin erkən dövrü” (elmi rəhbər Vüqar Mustafayev); İT16 saylı qrupu tələbəsi Aidə Qurbanova “İnternet asılılığı və depressiya” (elmi rəhbər baş müəllim Aidə Mustafayeva) və YN16 saylı qrupun tələbəsi Elvin Həşimli “Nəqliyyatın artmasının ekoloji fəsadları” (elmi rəhbər dos. Səbuhi Qəhrəmanov) mövzularında tədqiqat işlərini əyani şəkildə slaydlarla birlikdə məruzə ediblər.
Fakültə dekanı dos. Vüqar Mustafayev və universitetin TEC sədr baş müəllim Günəş Şəfaqətov çıxış ediblər. Yüksək səviyyədə hazırlanan tədqiqat işlərinin nəticələrindən razı qaldıqlarını bildirdilər və onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.
{phocagallery view=category|categoryid=47|limitstart=0|limitcount=0}