Mingəçevir Dövlət Universitetində Bakı Biznes Universitetinin koordinatoru
olduğu layihə çərçivəsində təqdimat və monitorinq keçirilmişdir
Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı və monitorinqi keçirilmişdir. Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru, baş müəllim Səbinə Quliyeva açmışdır.
Sonra Bakı Biznes Universitetinin rəhbərliyi ilə həyata keçirilən proqramda Koordinatorlar Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Layihə koordinatoru Gülşən Bayramova tərəfindən universitetlərin struktur rəhbərlərinə, dekanlara və kafedra müdirlərinə Avropa Birliyi tərəfindən maliyyələşdirilən 3 illik layihənin əhəmiyyəti və mahiyyəti barədə məlumat verildi.
Layihə koordinatoru Gülşən Bayramova tərəfindən bildirildi ki, layihənin əsas məqsədi universitetlərdə keyfiyyətin mütəmadi yoxlanılması və standartlara cavab verməsi üçün nəzarətedici mexanizmin qurulmasıdır.
Geniş diskusiyaya səbəb olan məsələ ilə bağlı baş müəllim Günəş Şəfaqətov, İlhamə İsmayılova, fakültə dekanı, dosent Nüşabə Qədimli, kafedra müdiri, dosent Sahib Mustafayev, baş müəllim Arif Tağıyev, Mehriban Kərimova və digərləri çıxış edib, fikirlərini bildiriblər.
Bakı Biznes Universitetinin nümayəndələri yekun olaraq universitetlərdə yaradılmış keyfiyyət təminatı mərkəzlərində monitorinq yoxlamalar aparmış və hər universitetə layihədə nəzərdə tutulmuş 2 ədəd kompüter təqdim olunmuşdur.
{phocagallery view=category|categoryid=64|limitstart=0|limitcount=0}