Mingəçevir Dövlət Universitetində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

  • Post category:Xəbərlər (AZ)

 

                                        Mingəçevir Dövlət Universitetində “İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar”                                                     mövzusunda maarifləndirmə tədbiri keçirilib

Tədbir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq reallaşıb.

Mingəçevir Dövlət Universitetində “İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev belə tədbirlərin təşkilində əsas məqsədin ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışıb. Rövşən Əliyev bildirib ki, bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etməkdir. Prorektor Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini də diqqətə çatdırdı, gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırıb.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenentı Orxan Səfərov çıxış edərək insan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklərlə bağlı zəruri məlumatlar verib. Qeyd edib ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bu cinayət növünə qarşı aparılan qətiyyətli mübarizə öz nəticələrini verməkdədir. Daha effektiv nəticələrin əldə olunması üçün vətəndaşların insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalı olduqlarını diqqətə çatdırıb.
Polis polkovnik-leytenentı Orxan Səfərov çıxış edərək bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi.

Natiq insan alveri cinayətinin törədilmə formaları: məcburi əmək, cinsi istismar, köləlik, insan orqan və toxumalarının çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə olunması, uşaq alqı-satqısı haqqında məlumat verib, real hadisələrdən bəhs edib.  

Orxan Səfərov tədbir iştirakçılarına Azərbaycan Respublikası hüdudlarından kənarda onlara və ya onların yaxınlarına, dostlarına, qohumlarına qarşı insan alveri cinayətinin törədilməsinə yol verməmək üçün bir sıra tövsiyələrini verib. İnsan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 24 saat ərzində pulsuz fəaliyyət göstərən 152 qaynar xətt telefon xidmətinə müraciət etmələri barədə tədbir iştirakçılarını bilgiləndirib.

Sonda polis polkovnik-leytenentı Orxan Səfərov tədbir iştirakşılarını onları maraqlandıran sualları cavablandırıb, maarifləndirici bukletlər paylanılıb.

Prorektor Rövşən Əliyev polis polkovnik-leytenentı Orxan Səfərova Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun adından maarifləndirici tədbirdə yaxından iştirak etdiyinə və professor-müəllim, tələbə heyətini məlumatlandırdığı üçün təşəkkürünü bildirib.    

 {phocagallery view=category|categoryid=184|limitstart=0|limitcount=0}