Mingəçevir Dövlət Universitetinin aparıcı mütəxəssislərinin
yeni nəşri işıq üzü gördü
Mingəçevir Dövlət Universitetinin aparıcı mütəxəssisləri tərəfindən, “Sənayenin təşkili və idarəetmə” kaferdasının müdiri, iqtisad üzrə fəlsədə doktoru, dosent Hüseynova Emiliya Yəhya qızının və kafedranın əməkdaşı baş müəllim Rəsulov Zaur Yusif oğlunun “İşgüzar yazışmalar” adlı dərs vəsaiti nəşr olunub. Dərs vəsaitinin nəşrə verilməsi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasında 31 may 2019-cu il tarixli, 07№li protokolla müzakirə edilərək, təsdiq edilmişdir.
Dərs vəsaitinin elmi redaktoru i.e.d., professor Veysəl Əyyubov, dərs vəsaitinə rəyləri isə Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kaferdasının dosenti, i.f.d. Fərman İsgəndərov, “Humanitar fənlər” kafedrasının dosenti, fil.f.d. Namaz Manafov, Azərbaycan Texnologiya Universitetinin “Menecment” kafedrasının müdiri, dosent, i.f.d Xalidə Ağayeva, “Marketinq” kafedrasının dosenti, i.f.d Xasay Mehdiyev veriblər.
“İşgüzar yazışmalar” adlı dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 22.08.2014-cü il tarixli, 913 nömrəli əmri ilə təsdiqlənmiş “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu”na daxil edilmiş ixtisasların “Ali təhsil pilləsinin dövlət standartı: bakalvriat səviyyəsinin ixtisas üzrə təhsil proqramı”na uyğun işlənib hazırlanmışdır. Dərs vəsaitində işgüzar yazışmaların normativ-metodik bazası; əsas növləri və onların tərtibi qaydaları; etiket xüsusiyyətləri; işgüzar məktublarla iş qaydaları; ümummədəni və ümumpeşə kompetensiyaları əsas götürülmüşdür.
Dərs vəsaitindən ali təhsil müəssisələrində eyni adlı fənnin tədrisi ilə məşğul olan müəllimlər, tələbələr, dövlət və özəl təşkilatlarda müxtəlif sahələrdə çalışan, yazışma və kargüzarlıqla məşğul olan mütəxəssislər və bütövlükdə geniş oxucu auditoriyası istifadə edə bilər.
“İşgüzar yazışmalar” adlı dərs vəsaiti 216 səhifədən ibarət olmaqla, 2019-cu ildə Mingəçevir: MİQ poliqrafiya ofisində nəşr edilmişdir.
{phocagallery view=category|categoryid=185|limitstart=0|limitcount=0}