Mingəçevir Dövlət Universitetində EQAC layihəsi çərçivəsində növbəti təlim

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində EQAC layihəsi çərçivəsində növbəti təlim

 

Mingəçevir Dövlət Universitetində EQAC layihəsi çərçivəsində pilot ixtisasla bağlı “Xarici dil” kafedrasının əməkdaşları, pilot müəllimlərin və pilot komissiya üzvlərinin iştirakı ilə növbəti təlim keçirilib. Tədbirdə layihə əməkdaşları layihənin MDU üzrə meneceri, Beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova, layihə üzvləri, Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov və şöbənin Təhsildə Keyfiyyətə Təminat və Qiymətləndirmə bölməsinin böyük mütəxəssisi Lamiyə İbrahimli mövcud vəziyyəti dəyərləndirmək, pilot ixtisasın həyata keçirilməsi ilə əlaqəli təlimlərin keçirilməsini, pilot ixtisasa daxil olan fənləri tədris edən müəllimlərin dərs dinləmələrini və eləcə də tələbələr arasında məmnuniyyət sorğularının keçirilməsi, görüləcək işlərin müzakirəsi və dərs dinləmələri zamanı pilot komissiyasının qeydləri açıqlanıb.

         Tədbirdə “Xarici dil” kafedrasının əməkdaşları üçün nümunəvi sillabus üzərində treninq keçirilib. Layihə üzvü Lamiyə İbrahimli Avropa universitetlərinin sillabus nümunəsini müzakirə edib və onların hazırlanmasını izah edib.

{phocagallery view=category|categoryid=287|limitstart=0|limitcount=0}