Mingəçevir Dövlət Universitetində “Maliyyə” fənnindən müstəqil iş təqdim olunub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Maliyyə” fənnindən

müstəqil iş təqdim olunub

 

Mingəçevir Dövlət Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alan DB17 və “İqtisadiyyat” ixtisası üzrə təhsil alan İ17.1 saylı qruplarda “Maliyyə” fənnindən tələbə Anar Quliyev tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı və kommersiya bankları haqqında” mövzuları əsasında müstəqil iş təqdim olunub.

Əvvəlcə fənni tədris edən müəllim Aytən Hüseynova hər iki mövzu haqqında məlumat verib. Sonra tələbə Anar Quliyevə tərəfindən slaydların köməyi ilə təqdimat olub.

Anar Quliyev Mərkəzi Bankın təşkilati strukturua İdarə Heyəti, mərkəzi aparat və ərazi idarələri daxil olduğunu qeyd edib. O bildirib ki, Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir. Mərkəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərdiyini qeyd edib.

Azərbaycan Respublikasının Milli Bankı Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri haqqında ətraflı məlumat verib.

Sonra A.Quliyev Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən danışıb.

Mərkəzi Bankın funksiyaları aşağıdakılardır: Pul və valyuta siyasətinin həyata keçirilməsi; Nağd pul dövriyyəsinin təşkil edilməsi; Manatın rəsmi məzənnəsinin müəyyən edilməsi; Valyuta tənzimi və nəzarətinin həyata keçirilməsi; Qızıl-valyuta ehtiyatlarının idarə olunması; Tədiyə balansının tərtib olunması; Ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının və beynəlxalq investisiya balansının tərtib edilməsi; Ödəniş sistemlərinin təşkili və tənzimlənməsi haqında da məlumat verib.

Təqdimatın ikinci fazasında tələbə Anar Quliyev kommersiya bankı, kredit müraciəti, kommersiya banklarının maliyyə resursları, kommersiya banklarının əsas funksiyaları, Kommersiya Bankının strukturu, inzibati-idarəetmə orqanları, bankın funksional xidmətləri, depozitlər bölməsi, kredit bölməsi, bankın daxili xidmətləri barədə təqdimat edib.

“İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyev, Kapital Bank Mingəçevir şəhər şöbəsinin satış üzrə təmsilçisi Rəşad Şəfiyev, Mingəçevir şəhər Maliyyə İdarəsi Dövlət büdcəsi və vergi proqnozu üzrə iqtisadçı ekspert Ziya Xəlili təqdimat barədə fikirlərini bildiriblər və Anar Quliyevə hazırladığı təqdimata, sərbəstliyə görə təşəkkür ediblər. Müəyyən proseslər barədə fikir aydınlığı gətiriblər.  

{phocagallery view=category|categoryid=294|limitstart=0|limitcount=0}