Mingəçevir Dövlət Universitetinin rektoru imtahan prosesini izləyib
Xəbər verdiyimiz kimi, cari ilin 07 yanvar tarixində Mingəçevir Dövlət Universitetində 2019/2020-ci tədris ilinin payız imtahan sessiyasına start verilib.
Universitetin rektoru Şahin Bayramov imtahan prosesini izləyib, tələbələrlə söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.
Tamamən yazılı formada təşkil edilən imtahanların səffaf və obyektiv keçirilməsi üçün bütün zəruri şəraitin yaradıldığını deyən Ş.Bayramov yarana biləcək istənilən məsələ ilə bağlı tələbələrin qaynar xətt, elektron poçt və imtahan keçirilən tədris binasındakı rəy qutuları vasitəsilə daxil olan müraciətlərinə operativ qaydada baxıldığını bildirib.
Qeyd edək ki, imtahan prosesində valideynlərin, ictimaiyyət nümayəndələrinin və Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin olunub. Sessiya dövründə tələbələr və valideynlər üçün “Açıq qapı” günləri keçirilir.
{phocagallery view=category|categoryid=295|limitstart=0|limitcount=0}