Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

 

Mingəçevir Dövlət Universitetində (MDU) valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Valideynlər universitetdə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə yaxından tanış olublar. Valideynlərə semestr ərzində professor-müəllim heyəti tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Valideynlərə yazılı formada keçirilən imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbə və valideynlərin imtahan qərargahına, appelyasiya komissiyasına və şəxsən rektora müraciət etməsi üçün müvafiq şəraitin yaradıldığı bildirilib.

İmtahan prosesində valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı, imtahan qərargahının və appelyasiya komissiyasının fəaliyyətində tələbələrin təmsil olunması, “açıq qapı” günlərinin keçirilməsi, eləcə də “qaynar xətt”, elektron poçt və rəy qutuları vasitəsilə daxil olan müraciətlərə operativ qaydada baxılması üçün yaradılan imkanlar valideynlər tərəfindən məmnunluqla qarşılanıb.

MDU-nun rektoru Şahin Bayramovla keçirilən görüşdə imtahan prosesi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Valideynlər imtahanların keçirilməsi üçün yaradalmış şəraitdən razı qaldıqlarını bildiriblər.

{phocagallery view=category|categoryid=298|limitstart=0|limitcount=0}