Mingəçevir Dövlət Universitetində əyani təhsil alan tələbələrin nəzərinə!
Əziz tələbələr! Hörmətli valideynlər!
Məlumunuz olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 13 aprel 2020-ci il tarixli Qərar qəbul olunub.
Qərara əsasən, ölkəmizin ali təhsil müəssisələrində, o cümlədən Mingəçevir Dövlət Universitetində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali istisna olmaqla) və aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (2019/2020-ci tədris ilinin yaz semestri və 2020/2021-ci tədris ilinin payız semestri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir:
- 1.ünvanlı dövlət sosial yardımı alanlar;
- 2.hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
– I və II dərəcə əlilliyi olan şəxslər;
– işsiz kimi qeydiyyatda olanlar;
– yaşa görə əmək pensiyaçıları;
– yaşa görə sosial müavinət alanlar.
Qeyd olunan kateqoriyaya aid olan bütün tələbələrimizdən onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmaların təsdiq edən aşağıda sənədləri mümkün olan ən qısa müddət ərzində müvafiq fakultənin dekanına göndərmələri xahiş olunur:
– tələbənin şəxsiyyətini təsdiq edən sənədin elektron surəti;
– doğum haqqında şəhadətnamənin elektron surəti;
– şəhadətnamədə göstərilən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin (tək valideyni olduqda əlavə olaraq digər valideynin ölüm haqqında şəhadətnamənin) elektron surəti;
– qanuni nümayəndələrlə münasibətdə məhkəmənin müvafiq qərarını və nümayəndələrin şəxsiyyətini təsdiq edən sənədlərin elektron surəti;
– valideynlərin və ya qanuni nümayəndələrin sosial statusunu (ÜDSY- Ünvanlı Dövlət Sosial Yardımı alan ailə, qeydiyyatdan keçmiş işsiz, I və II dərəcə əlil, yaşa görə əmək pensiyaçı, yaşa görə sosial müavinət alan) təsdiq edən sənədlərin elektron surəti.
Bildiririk ki, qeyd olunan kateqoriyaya aid olan və təhsil haqqını artıq ödəmiş tələbələrin ödədikləri məbləğ (müraciət etdikləri təqdirdə) geri qaytarılacaqdır.
Əziz tələbələr!
Qeyd olunan sənədləri təhsil aldığınız müvafiq fakultə üzrə aşağıdakı elektron poçt ünvanlarına göndərməyiniz və əlavə məlumat üçün müvafiq fakültə dekanlarına müraciət etməyiniz xahiş olunur:
– Pedaqoji fakültə üzrə: fakultə dekanı Nizami Zeynalov, Telefon: 0503477472, E-mail: nizami.zeynalov.77@mail.ru;
– İqtisadiyyat və idarəetmə fakültəsi üzrə: fakultə dekanı Nüşabə Qədimli, Telefon: 0507162535, E-mail: qedimli_n@mail.ru;
– Mühəndislik fakültəsi üzrə: fakultə dekanı Almaz Əliyeva, Telefon: 0556634646, E-mail: almaz40@gmail.com.
Digər məsələlərlə bağlı MDU-nun Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalovla (Telefon: 0559161281) əlaqə saxlaya bilərsiniz.
Rektorluq