Mingəçevir Dövlət Universitetində valideynlər imtahanları müşahidə ediblər

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində valideynlər imtahanları müşahidə ediblər

 

2022-ci ilin 7 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup tələbə valideynləri cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində auditoriyalarda əyani formada təşkil edilən imtahan prosesini izləyiblər.

Valideynləri müşayiət edən universitetin rəhbər və inzibati heyət üzvləri MDU-da payız imtahan sessiyasına hazırlıq işləri, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və müraciətlərə çevik baxılması mexanizmləri barədə onlara ətraflı məlumat veriblər.

Aparılan müşahidələrdən sonra, imtahanların obyektiv, ədalətli, şəffaf və mövcud xüsusi karantin rejiminin qaydalarına uyğun keçirilməsindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan payız imtahan sessiyası fevralın 2-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 900-dən çox imtahanda 3000-dən çox tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, hər bir fənn üzrə imtahan sualları və həmin sualların qısaldılmış cavabları tələbələrə çatdırılıb. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb, “Qaynar xətt” fəaliyyət göstərir. Bununla yanaşı, sessiya ərzində hər həftənin cümə axşamı rektorun iştirakı ilə “Açıq Qapı” günləri keçirilir.

{phocagallery view=category|categoryid=833|limitstart=0|limitcount=0}